Səhər yeməyini buraxmaq ürək damar sağlamlığına təsir edə bilər Kardioloq
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səhər yeməyinin buraxılması ürək-damar sistemi üçün ciddi problemlər yarada bilər, amma yalnız stressə səbəb olduğu halda.
Redaktor.az xəbər verir ki, bu barədə kardioloq Kseniya Yeruslanova kp.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, insan təcili işlər və ya vaxt çatışmazlığı səbəbindən səhər yeməyini buraxanda qanda kortizol hormonu yüksəlir. Bu hormon iltihabi prosesləri işə salır və aterosklerotik yığıntıların artmasına şərait yarada bilər. Zamanla isə bu, damar problemlərinə gətirib çıxararaq infarkt və insult riskini yüksəldir.
Amma Yeruslanova vurğulayıb ki, interval aclığı seçənlər və ya Ramazan ayında oruc tutan müsəlmanlarda belə mənfi təsir müşahidə olunmur. Onun sözlərinə görə, bu hal orqanizmin stress yaşamaması ilə bağlıdır, buna görə də dağıdıcı mexanizm işə düşmür.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Sentyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















