Icma.az
close
up
RU
Az yatmaq ürək sağlamlığına ciddi təsir göstərir Kardioloq

Az yatmaq ürək sağlamlığına ciddi təsir göstərir Kardioloq

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yuxusuzluq, son illərdə bir çox insanın qarşılaşdığı ciddi sağlamlıq problemlərindən birinə çevrilib.

Belə ki, uzun müddət davam edən yuxusuzluq yalnız fiziki yorğunluğa səbəb olmaqla kifayətlənmir, həm də ürək-damar sistemini ciddi şəkildə zədələyir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən mütəxəssis-kardioloq Emil Hasilovun sözlərinə görə, son 100 ildə insanların yuxu saatı 1.5 saat azalıb ki, bunun səbəbi texnoloji inkişafın sürətlənməsi və insanların iş rejimlərində olan dəyişikliklər, fiziki aktivliyin azalması və s. faktorlardır.

E.Hasilov nəzərə çatdırıb ki, yuxu rejiminin pozulması və az yatmaq ürək sağlamlığına ciddi təsir göstərir.

Emil Hasilov, həkim-mütəxəssis, kardioloq

Kardioloq vurğulayıb ki, aparılan elmi araşdırmalara görə xüsusən də sutka ərzində 7 saatdan az yatmağın miokard infarktı və ürək-damar hadisələri riskini önəmli dərəcədə artırdığı ortaya çıxıb.

Həkim yuxusuz qalmağın həmçinin şəkərli diabet və arterial hipertenziya (yüksək qan təzyiqi) riskini də artırdığını deyib:

“Son illərdə mənə müraciət edən əsasən də gənc və orta yaşlı arterial təzyiqi yüksək olan pasiyentlərin anamnezini topladıqda onların demək olar ki, hamısının normal yuxu rejiminin olmadığını müşahidə edirəm”.

E.Hasilovun sözlərinə görə, yuxusuzluq stress hormonlarının qanda səviyyəsinin yüksəlməsinə və nəticə etibarilə ürək damar xəstəliklərinin artmasına səbəb olur.

“Yuxu rejimi normal olduğunu düşünən, yuxuda xoruldayan və yuxu apnoesi olan insanların da ürək xəstəlikləri riski ciddi dərəcədə artır deyə, mütləq şəkildə bu problem olarsa mütəxəssisə müraciət etmələri tövsiyyə olunur.

Sutka ərzində yetkin insanlar 7-8 saat normal yuxu yatmalıdırlar”,- deyə Emil Hasilov bildirilib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri