Icma.az
close
up
RU
Səhər zəngini dönə dönə ləngidirsinizsə…

Səhər zəngini dönə dönə ləngidirsinizsə…

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Gün hələ başlamadan özünü yorğun hiss edənlərin sayı durmadan artır.

Araşdırmalar göstərir ki, səhər oyanmaq çətinliyi təkcə gec yatmaqla bağlı deyil; stres, qida vərdişləri və ətraf mühit də bu prosesi ciddi şəkildə təsir edir.

Əgər səhərlər yataqdan qalxmaqda çətinlik çəkir, gün boyu halsız olursunuzsa, buna müxtəlif sağlamlıq problemləri də səbəb ola bilər – yuxu apnoesi, tiroid pozuntuları, anemiya və hətta depressiya kimi.

SƏHƏRLƏRİ OYANMAQDA ÇƏTİNLİK – ƏSAS SƏBƏBLƏR

Nizamsız yatmaq, gec saatlara qədər oyaq qalmaq və bioloji ritmin pozulması səhər çətinliklə oyanmağa gətirib çıxarır. Həmçinin yuxu apnoesi, hormon balanssızlığı, yüksək stres və psixoloji gərginlik də dincəlmə prosesini zəiflədir.

YORGUN OYANMAQ XƏSTƏLİK ƏLAMƏTİDİRMİ?

Arada bir halsız oyanmaq normaldır, lakin bunun davamlı olması sağlamlıq problemini göstərə bilər. Xüsusən də yuxu apnoesi, tiroid xəstəlikləri, qan azlığı, xroniki yorğunluq sindromu və depressiya kimi vəziyyətlər buna səbəb olur. Gecə vücudun suzuz qalması da səhər baş ağrısı və halsızlıq yarada bilir.

DEHİDRASİYANIN YUXUYA TƏSİRİ

Vücudda su çatışmazlığı hormon istehsalını və bədən temperaturunun tənzimlənməsini pozur, bu da yuxunun tez-tez bölünməsinə və yuxusuzluğa yol açır. Gün ərzində kifayət qədər su içmək keyfiyyətli yuxu üçün vacibdir.

İNSOMNİYA NECƏ MÜALİCƏ OLUNUR?

İnsomniyanı (yuxusuzluq) azaltmağın əsas yolları arasında melatonin dəstəyi, isti duş, bitki çayları, yüngül idman və meditasiya var. Uzun müddət keçməyən yuxu problemlərində həkimə müraciət edilməlidir.

YUXU KEYFİYYƏTİ

Keyfiyyətli yuxu üçün gündəlik vərdişlərin düzgün qurulması vacibdir. Bunun üçün:

Hər gün eyni saatda yatıb-durmaq Otağı sərin, sakit və qaranlıq saxlamaq Yatmazdan əvvəl ekran istifadəsini azaltmaq Axşam saatlarında kofeindən uzaq durmaq

mütləqdir.

QİDALANMANIN ROLU

Ağır yeməklər, şəkərli qidalar, gec içilən kofein və az su qəbul etmək gecəni pozur. Əvəzində maqnezium və B vitamini ilə zəngin qidalar (məsələn, banan, yulaf, badam) yuxuya keçidi asanlaşdırır.

TEXNOLOGİYANIN TƏSİRİ

Telefon və kompüter ekranlarının mavi işığı melatonini azaldır, “yuxu siqnalını” gecikdirir. Yatmazdan ən azı bir saat əvvəl ekranlardan uzaqlaşmaq məsləhətdir.

STRESS VƏ EMOSİONAL GƏRGİNLİK

StresS beynin gecə də aktiv qalmasına səbəb olur və yuxunu bölür. Nəfəs məşqləri, yüngül meditasiya və yoga bu gərginliyi azaltmağa kömək edir.

SƏHƏR ENERJİLİ OYANMAQ ÜÇÜN

Yatmazdan əvvəl ilıq duş Sabit yuxu saatı Otaöın havalandırılması Ağır yeməklərdən çəkinmək Səhər yüngül esnəmə

bu prosesə müsbət təsir göstərir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Noyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri