Icma.az
close
up
RU
Şəhərin hər bir küçəsi üçün HAVA PROQNOZU

Şəhərin hər bir küçəsi üçün HAVA PROQNOZU

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Süni intellektə əsaslanan alqoritm küçənin bir ucu ilə digəri arasındakı temperatur fərqini göstərə biləcək.

Ağacların, parkların və binaların yeri kimi şəhər əraziləri haqqında yerli məlumatları nəzərə alan süni intellekt yolun bir başından digər ucuna qədər havanın temperaturunu proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Meteorologiya Bürosunun ( Met Office) rəhbərlik etdiyi tədqiqat qrupu, 100 metrlik şəbəkədə hava istiliyini proqnozlaşdıra bilən maşın öyrənmə aləti hazırlamaq üçün Londonda keçmiş istilik dalğalarından əldə edilən məlumatlardan istifadə edib. Nəticələr standart proqnozlardan 225 dəfə daha ətraflı olub.

Meteoroloqlar tərəfindən verilən yerli hava göstəriciləri ilə yanaşı, meteoroloji stansiyaların faktiki məlumatlarından və Met Office standart proqnozlarından istifadə edərək tədqiqatçılar London üçün daha dəqiq maşın öyrənmə modelini yarada biliblər. Lakin gələcəkdə metodologiyanın dünyanın digər böyük şəhərlərində də genişləndirilməsi planlaşdırılır. Şəhər modelləşdirmə mütəxəssisi və tədqiqatın aparıcı müəllifi Lyuis Blann izah edib:

“Əgər bu qədər kiçik miqyasda havanın temperaturu haqqında məlumatımız olsa, biz şəhərlərimizi rahatlıq baxımından daha yaxşı dizayn edə bilərik. Məsələn, problemli ərazilər tapsaq, müəyyən ərazilərdə parklar salmağa, ağac əkməyə cəhd edə bilərik. Bundan əlavə, isti dalğası baş verərsə, biz bilirik ki, bəzi ərazilər gün ərzində həddindən artıq istilərə məruz qalacaq, insanların təhlükəsizliyini qorumaq üçün qabaqlayıcı tədbirlər görə bilərik”.

Elm adamları şəhər istiliyinin proqnozlaşdırılması üçün maşın öyrənmə üsullarının havanın temperaturu proqnozlarını 11 faiz yaxşılaşdırdığını söyləyir. Redinq Universiteti və Avstraliya Meteorologiya Bürosunun tədqiqatçılarının daxil olduğu komanda ətrafdakı binalarda istifadə olunan materialları nəzərə alaraq gələcək modelləşdirməyə daha çox təfərrüat daxil etməyə ümid edir. Beton və asfalt kimi ənənəvi tikinti materialları istiliyi effektiv şəkildə saxlaya bilir və şəhər istilik adası effektini artırır.

Blann qeyd edib ki, eyni maşın öyrənmə üsulları bütün şəhər ərazilərində istifadə edilə bilər və bir gün Hava Xidmətinin ictimaiyyətə təqdim etdiyi gündəlik proqnozlara daxil edilə bilər. Tədqiqatda iştirak edən Redinq Universitetinin doktorantı Flinn Eyms deyib:

"Hava və iqlim elmində maşın öyrənməsinin istifadəsi inanılmaz sürətlə artır və bizim işimiz onun geniş tətbiqini daha da vurğulayır".
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri