Icma.az
close
up
RU
Şəhərin nəfəsi, dənizin səsi…

Şəhərin nəfəsi, dənizin səsi…

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər, bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər,

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər! - Mikayıl Müşfiq 90-100 il öncəsində belə yazırdı - elə burada, Bakıda…

Budur, gecədən başlayan Bakı küləyi aravermədən bu səhər də əsir, əsir və sanki daha heç kəsmək fikri yoxdur… Bakını küləklə təəccübləndirmək olmaz; bununla belə, il təzələnmişkən əsən küləklər kövrəklik üstə kövrəklik, duyğu üstə duyğu gətirir; küləyin öz aləmi, öz nəğməsi var - hələ-hələ sən yüksəkqatlı binada və də dəniz qıyısında yaşayırsansa, onu daha dərindən duyursan… 

Bəs küləklər harada yaşayır, harada dincəlir, bir hovur nəfəs alır?.. Günəşi, buludu, suyu… - bilir yaxud təsəvvürdə canlandırmağa çalışırıq, bəs küləklər?

Küləklər – onlar nə bir kümədə doğulur, nə də bir dam altında dincəlir. Onlar dünyanın sərhədsiz və (Müşfiqə inansaq) sərsəri sakinləri, görünməz sərgərdanlarıdır. Hər külək, onun çılğınlığında hər adamın duymadığı bir nağıl danışır – bəzən qəddar, bəzən könül oxşayan, bəzənsə... Onlar bəlkə də, dənizdən qalxıb, dağların zirvəsində əsir, sonra, nə dənizdən, nə dağbaşından kam almayıb, şəhər küçələrində sərgərdan dolaşır, ağacları pıçıldadır, bayırda əlinə düşən adamlara toxunur, amma toxunduğu yerdə dayanmır, sərsərilik edir, əsir, əsir və fırlanır, dönür bir də gəlir...

Bakı küləkləri başqa aləmdi. Onların öz xarakteri var – haytalı, havalıykən havası çatmayan, sərt, bəzən də mehriban və oyunbaz... Küləklər Bakının səsi, şeiridir. Neçə-neçə ilhamlı şair, rəssam, bəstəkar, hətta adi insan onların səsində öz hisslərini tapıb. Külək sanki şəhərlə danışır, şəhəri çağırır: “Mən sənin səsinəm, toxunuşunam, amma özümü heç yerdə tapa bilməzsən. Sən məni duy, qalanını ürəyin anlasın, ürəyin!.. 

Ey şəhər oğlu şəhər, mən hər yerdəyəm, amma heç yerdə deyiləm, özünü çox yorma, mən özüm yorullam”…

Ah, bə könül! Bu boyda şəhərdə küləklərin tək bircə evi varmı? Onlar harada dincəlir? Bilirəm, fizik və coğrafiyaçı dostlarım deyəcək, küləklərin yeganə evi uzay boşluğudur. Orada nə sərhəd var, nə divar... Küləklər buludların arasında yaşayıb, Günəşin şəfəqlərindən güc yığıb, dənizlərin, okeanların nəfəsini alır. Bütün dünyanı öz ev-eşiyi sanan bu azadmı-azad varlıqlar insana azadlıqdan, qurtuluşdan söz açır. Müşfiq bu ismarıcları göydə tutmuş və “Küləklər”i yazmış, illa sərsəri sifətini yaraşdırmışdı ona… 

Bəzən küləkdən soruşmaq istəyirsən: “Sən mənim könlümə nə gətirdin?” Cavabı, deyəsən, onun öz səslərindədir: “İnsanoğlu, sən nə eşitmək istəyirsən, mən onu gətirirəm”…

Ey Bakı küləyi, ey qasırğa ilə sığallanmış, 

dəniz duzunun ətri ilə sarınmış, 

bu yeni ildə də danış, öz nağılını danış, yenə hər kəs üçün fərqli, yenə kiminə qorxulu, kiminə qorxusuz...  - Hər yaşın öz nağılı, hər nağılın öz yaşı var… 

Sən Bakının ruhusan və bilirəm, heç bir ruh dinclikdə yaşamaz, bilirəm...

Ey çılğın küləklər, yenə nəşənizmi daşıb, ilin-günün bu (yenicə uyuşan) vaxtında, qışın oğlan çağında bağları meyvəsiz, nalqıran dağları qarsızmı görübsüz?..

Bu səfər könlündə nə varsa, nə dağa, nə bağa açmamısan, deyəsən, könlünü yenə də, əliqələmli insanoğluna aç, yenə o duyar, o yazar səni…


Əkbər QOŞALI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri