Icma.az
close
up
RU
“Şəhərsalma və Memarlıq ili” kontekstində plansız tikililəri nə gözləyir? ŞƏRH OLUNDU

“Şəhərsalma və Memarlıq ili” kontekstində plansız tikililəri nə gözləyir? ŞƏRH OLUNDU

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

”2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ölkənin urbanizasiya siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar uzun illərdir cəmiyyət və ekspert dairələrində müzakirə olunan plansız, sənədsiz tikililər, eləcə də riskli zonalarda yerləşən yaşayış evlərinin taleyi ilə bağlı məsələləri yenidən gündəmə gətirir”. Bu sözləri SİA- ya politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, sözügedən problem təkcə hüquqi deyil, eyni zamanda sosial, iqtisadi və təhlükəsizlik aspektlərini özündə birləşdirən kompleks məsələdir:

”Azərbaycanda xüsusilə sürətli urbanizasiya dövrlərində şəhərsalma normalarına tam riayət olunmadan inşa edilmiş yaşayış evləri geniş yayılıb. Torpaq sənədlərinin olmaması, tikinti icazələrinin alınmaması və mühəndis-infrastruktur tələblərinin gözardı edilməsi bu tikililərin əsas xüsusiyyətlərindəndir. Nəticə etibarilə, belə yaşayış sahələri nə hüquqi müstəvidə tam tanınır, nə də şəhərin ümumi inkişaf konsepsiyasına inteqrasiya oluna bilir.

Riskli zonalarda - sürüşmə ərazilərində, seysmik aktiv sahələrdə, sel və daşqın riski olan bölgələrdə yerləşən tikililər isə xüsusilə təhlükəli kateqoriyaya daxildir. Bu tip evlər yalnız şəhərsalma prinsiplərinə zidd olmaqla kifayətlənmir, eyni zamanda insan həyatına birbaşa təhlükə yaradır. “Şəhərsalma və Memarlıq ili”nin elan edilməsi bu cür problemlərin sistemli şəkildə qiymətləndirilməsi və həlli üçün institusional imkanlar yarada bilər.

Yeni mərhələdə əsas gözləntilərdən biri plansız tikililərin inventarizasiyasının aparılması və onların hüquqi statusunun diferensial yanaşma əsasında müəyyənləşdirilməsidir. Yəni bütün sənədsiz evlərin eyni yanaşma ilə qiymətləndirilməsi deyil, sosial vəziyyət, təhlükəsizlik riski və şəhərsalma baxımından uyğunluq kimi meyarların nəzərə alınması ehtimalı artır. Bu, bir tərəfdən sosial ədalətin qorunmasına, digər tərəfdən isə şəhər mühitinin funksional və təhlükəsiz formada yenidən qurulmasına xidmət edə bilər.

Eyni zamanda, riskli zonalarda yerləşən tikililərlə bağlı köçürülmə və kompensasiya mexanizmlərinin gündəmə gəlməsi istisna olunmur. Bu prosesin uğuru isə şəffaf hüquqi mexanizmlərin yaradılmasından, vətəndaşların mülkiyyət hüquqlarının qorunmasından və alternativ yaşayış imkanlarının təmin olunmasından birbaşa asılıdır. Əks halda, şəhərsalma islahatları sosial narazılıq riski yarada bilər.

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində memarlıq-estetik meyarların gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Plansız tikililər təkcə hüquqi və təhlükəsizlik problemi deyil, eyni zamanda şəhər mühitinin vizual və funksional bütövlüyünü pozan amillərdir. Müasir şəhərsalma yanaşmaları isə ekoloji davamlılıq, estetik uyğunluq və sosial rahatlıq prinsiplərinə əsaslanır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi plansız və sənədsiz tikililərlə bağlı problemin köklü şəkildə həllinə yönəlmiş siyasi və institusional iradənin göstəricisi kimi dəyərləndirilə bilər. Bu təşəbbüsün real nəticələr verməsi isə hüquqi islahatların dərinliyindən, sosial həssas yanaşmadan və uzunmüddətli şəhər inkişaf strategiyasının ardıcıl icrasından asılı olacaq. Sözügedən il, düzgün icra olunduğu təqdirdə, Azərbaycanın şəhərsalma tarixində dönüş nöqtəsinə çevrilə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri