Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

WUF13: şəhərsalma və memarlıq ənənəsi kontekstində

WUF13: şəhərsalma və memarlıq ənənəsi kontekstində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

I MƏQALƏ

Şəhərləşmə proses kimi

İnsan övladı yalnız kollektiv formada mövcud ola və yaşaya bilir. Bu aksioma indi kimsə şübhə etmir. Lakin bəşəriyyətin qədim tarixindən başlayaraq birgəyaşam formasının daha uyğun ziddiyyətsiz axtarışı da dayanmamışdır. Buna insanların birgəyaşam nəticəsində yaratdıqları və “toplum” (və ya “cəmiyyət”) adlanan mövcudatlıq forması təhrik etməkdədir.

Çünki insanların kollektiv olaraq birgə yaşamaq formaları genişləndikcə, miqyası artıqca və sosial həyatda funksionallığı yeni səviyyəyə yüksəldikcə, rifahla yanaşı, müxtəlif xarakterli problemlər də meydana gəlir. Əsrlərdir ki, həmin problemlərin qarşılıqlı təsirləri müstəvisində meydana gələn sosial, siyasi, demoqrafik, iqtisadi, ekoloji, iqlim və birgəyaşam kültürünün inkişafı ciddi müzakirələrə yol açmaqdadır.

XXI əsrin gəlişi ilə bu məsələ, sözün həqiqi mənasında, bəşəriyyəti ekzistensial seçim qarşısında qoyub. Bununla bağlı ayrıca beynəlxalq qurumlar da yaradılmaqdadır. Hazırda problemin fundamental səviyyədə dünya dövlətləri tərəfindən çözülməsi üçün böyük ehtiyac yaranıb. Burada başlıca məsələlər şəhərsalma, urbanizasiya, şəhərlə kənd arasındakı ziddiyyətlərin həlli, demoqrafik dinamika ilə ekoloji mühitin qarşılıqlı əlaqəsi və digər amillərlə bağlıdır.

Dünya miqyasında şəhərləşmə və şəhərlə kənd həyat tərzi arasında ziddiyyətlərin tarixi qədimə gedib çıxır. Tarixçilər hesab edirlər ki, 4000 il öncədən bu tendensiya mövcuddur. 1800-cü ilə qədər şəhər ərazilərində dünya əhalisinin 2,5%-i yaşayırdı. 200 il bundan əvvəl Avropa və Şimali Amerikada əsl urbanizasiya prosesi başlayıb. Artıq 1900-cü ilə dünya əhalisinin 10%-i şəhərlərdə yaşayırdı. 1960-cı ildə bu rəqəm 34% olub. 1990-cı ilə əhalisinin sayı 10 milyon nəfərdən çox olan şəhərlərin sayı 10 idi. 2017-ci ildə isə onların sayı artıq 34-ü keçmişdi ki, bu da dünya əhalisinin 12%-i deməkdir. Deməli, insanların şəhərlərdə təmərküzləşməsi prosesi yüksək səviyyəyə çatıb.

Bu qısa tarixi ekskurs göstərir ki, dünya üzrə şəhərləşmə çoxaspektli proses olaraq hər bir cəmiyyətin həyatına, onun təşkilinə və aqibətinə ciddi təsir edən amilə çevrilib. Bu prosesin adekvat elmi dərki arxivacib məsələdir. Şəhərləşmə, sadəcə, çox sayda insanın birgə yaşadığı məkanı ifadə etmir – o, bütövlükdə insanın fərdi və kollektiv yaşam tərzini dəyişir, ona yeni məzmun verir, avtomatik olaraq kənddən fərqli kültür mühitinin yaranmasını ifadə və idarəetmədə ciddi dəyişikliklər tələb edir.

Bütövlükdə götürdükdə şəhərləşmə elə bir davamlı və təbii prosesdir ki, insanların birgəyaşam üsullarının daim təkamüldə olduğunu və bu prosesin dayanmayacağını göstərir. “Onun səbəbləri hansılardır?” sualı artıq ritorik deyil və insanın mövcudolma fəlsəfəsi ilə sıx bağlıdır. Yəni “insanlar kollektivləşmə olmadan, inteqrasiya etmədən, ortaq yaşam forması olan cəmiyyəti yaratmadan mövcud ola bilməzlərmi?” sualına cavab ayrıca bir elmi fəaliyyət tələb edir.

İndi real olanı dünya əhalisinin əksəriyyətinin şəhərlərdə yaşamasıdır. Bu faktı qəbul edib, meydana çıxan problemləri necə həll etmək üzərində düşünməkdən başqa yol yoxdur. Məhz buna görədir ki, Bakıda keçirilən WUF13 tədbiri bütün dünya üçün aktualdır və ona maraq son dərəcə böyük oldu. Burada aktuallığı ilə seçilən bir anlayış da vardır. Biz “urbanizasiya”nı nəzərdə tuturuq.

Urbanizasiya

“Urbanizasiya” latınca “urbanus”dan olub, “şəhərə aid olan” deməkdir. O, konkret olaraq şəhərlərin rolunun artmasını, şəhər mədəniyyətinin inkişafını, cəmiyyətin inkişafında “şəhər münasibətlərinin” təkamül prosesini, kənd əhalisinə nisbətən şəhər əhalisinin sayının artmasını və şəhərlərdə formalaşmış yüksək mədəniyyət nümunələrinin kənara transformasiyasını ifadə edir. Deməli, urbanizasiya şəhərləşmənin sosial, mədəni, demoqrafik, idarəetmə, sağlamlıq və digər aspektlərdə özəlliklərini tədqiq etmək üçün çox gərəkli bir anlayışdır və onun semantikası ilə funksionallığının vəhdətdə götürülməsi zərurətdir.

Eyni zamanda, urbanizasiya müasir mərhələdə şəhərsalmada müxtəlif aspektləri nəzərə alan elmi tədqiqatların təşkili və aparılması ilə yanaşı, onların praktiki-tətbiqi imkanlarını da yaxşı ifadə edən termindir.

Bu qısa terminoloji izahların fonunda WUF abreviaturasına baxaq.

13-cü görüş yeri: Bakı

BMT 1994-cü ilin yayından dünya üzrə səhralaşma ilə mübarizəyə təşkilati səviyyədə başlayıb. Bu məqsədlə həmin il UNCCD (Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyası) qəbul edildi. Bu, müasir mərhələdə ətraf mühit və davamlı inkişafı, torpaq və onların idarəçiliyi ilə əlaqələndirən yeganə hüquqi cəhətdən məcburi beynəlxalq müqavilədir. Bu sənəd quraqlığı azaltmaq və dünya miqyasında torpaqların deqradasiyasını dayandırmaq üçün 197 üzvü birləşdirir. Bunun fonunda BMT-nin başqa bir prosesi - sürətli şəhərləşməni və onun icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini araşdırmağa başlaması reallığa uyğun addım idi. Nəticədə 2001-ci ildə WUF (Şəhərlərin Ümumdünya Forumu) yaradıldı, ilk sessiyası 2002-ci ildə Keniyada keçirildi.

WUF-un 13-cü sessiyasının 2026-cı ildə Bakıda keçirilməsi qərarı Azərbaycanı urbanizasiya və şəhərlərin dayanıqlı inkişafı üzrə BMT-nin qlobal konfransının fəal iştirakçılarından birinə çevirdi. Bu hadisənin geosiyasi anlamı çox dərindir və olduqca aktual məqamlarla bağlıdır.

Sülh yaradıcılığı: COP və WUF konteksti

Azərbaycanın xarici siyasətində XXI əsrin başlanğıcından sülhyaradıcılığı ilə təhlükəsizlik və müxtəlif platformalarda əməkdaşlıq aparıcı yer tutmaqdadır. Prezident İlham Əliyev 2024-2031-ci illəri əhatə edən dövr üçün ölkənin xarici siyasətinin prioritet istiqamətləri sırasına iki sferanı da daxil etdib.

4-cü prioritet istiqamət belədir: “Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması”. 13-cü prioritet istiqamət isə bu cür formalaşdırılıb: “Beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsi”. Bu iki istiqamətin semantik anlamlarını vahid məntiqi sahədə birləşdirsək, alarıq ki, Azərbaycanın dövlət başçısı xarici siyasətin əsas istiqamətlərindən biri kimi ölkənin qlobal problemlərin həllində rolunun artırılması üçün onun beynəlxalq təşkilatlarda fəallığını yeni səviyyəyə yüksəltməyi qarşıya vəzifə kimi qoyub. Təbii ki, bunun üçün konkret proqramlar üzrə fəallığı artırmaq zəruridir. COP və WUF məsələlərinə bu kontekstdə baxmaq faydalı olardı. COP və WUF dünya miqyasında bəşəriyyətin mövcudluğu, dayanıqlılığı, ekoloji təmizliyi və davamlı inkişafı üçün zəruri olan məsələlərin kollektiv müzakirəsi və həlli istiqamətlərinin müəyyən edilməsinin nüfuzlu beynəlxalq platformalarıdırlar.

Cəmi 1 il 6 ay fasilə ilə Azərbaycanda bu iki platformanın yüksək səviyyədə təşkil edilərək keçirilməsi ölkəmizin qlobal sülh və əməkdaşlığa verdiyi yüksək töhfədir. Bizcə, yalnız postsovet məkanında deyil, bütövlükdə, Avrasiyada ikinci belə fəallıq göstərən müstəqil dövlət yoxdur. Azərbaycan Prezidenti, faktiki olaraq, çox geniş çeşidli qlobal məsələlərin həllində Bakını dünyanın əsas müzakirə platforma-məkanlarından birinə çevirib.

Bu tərəqqini bir sıra dairələr çox yaxşı görürlər. Onun təsdiqi son zamanlar Azərbaycan Prezidentinə və bütövlükdə cəmiyyətimizə qarşı müşahidə edilən “posthibrid” xarakterli informasiya təxribatlarında özünü tapmaqdadır. Bu zaman mənfur dairələr müasir informasiya texnologiyalarının geniş texniki tərəfi ilə süni intellektin “obrazlaşdırma imkanlarını” sintez edirlər.

Amma bir şeyi unudurlar: Azərbaycan Prezidentinin zəkasını, liderlik məharətini, xalqımızın öz dövlət başçısına olan sonsuz inamını və cəmiyyətin tam düzgün yol seçildiyinə yüksək əminliyini! Hətta Azərbaycan daxilində bir sıra kəsimlər nə qədər spekulyasiyalar etsə də, fraqmentar hallarda daxildə müəyyən problemləri şişirtməyə çalışsalar da, cəmiyyəti, dövləti və onun liderini yolundan saptıra bilməzlər! Biz dövlətçiliyin tarixi təkamül özəlliklərini görürük və dünya üçün aktual olan şəhərsalma, urbanizasiya və digər məsələlərin müzakirəsi üçün nəyə görə Azərbaycanın məkan olaraq seçildiyini anlayırıq.

Seçim anı: niyə məhz Azərbaycan?

Şəhərsalma və memarlıq mədəniyyəti ilə bağlı nüfuzlu beynəlxalq tədbirin keçirilmə məkanlarından biri kimi Azərbaycanın seçilməsi təsadüfi deyil. Bunun bir neçə səbəbi mövcuddur. Əsas olaraq Azərbaycanın dövlət kimi həyata keçirdiyi siyasətdə sülh, əməkdaşlıq, davamlı inkişaf və qarşılıqlı yardımlaşma istiqamətlərinin xüsusi yer tutması diqqətə alınıb. Prezident İlham Əliyevin reallaşdırdığı regional sülh, barış və əməkdaşlıq kursu praktiki nəticələrini verməkdədir. Dövlətin bu humanitar identikliyinin əsaslığını COP29 bir daha sübut etdi. Ona görə də WUF13-ün Bakıda keçirilməsi məntiqi və gözlənilən haldır.

Bununla yanaşı, Azərbaycan bir ölkə kimi mədəniyyət sisteminə və onun ənənəsinə sahib cəmiyyət olaraq qədimdən şəhərləşmə prosesində olan məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar, mədəniyyətlər və dinlərin ortaq mövcud olduğu unikal coğrafiyadır. Onun tarixi-mədəni ənənəsi bütövlükdə dünya üçün əhəmiyyətlidir. Buna görə də şəhərsalma və memarlıq kültür ənənəsinə bir də Azərbaycandan baxmaq dünya üçün vacibdir. Bunu COP29 təcrübəsi də təsdiqlədi.

Azərbaycanda şəhərləşmə prosesinin bir sıra mühüm məqamlarını təhlil etməklə vurğuladığımız özəlliklərin mənasını aydınlaşdıra bilərik. Bu, WUF13-ü adekvat dərk etmək üçün vacibdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see536

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see271

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see248

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see240

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see232

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see229

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see229

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see220

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see214

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see213

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see210

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see209

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see206

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see206

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see205

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see195

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see188

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see186

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see183

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri