Icma.az
close
up
RU
Şəhərsalmada qadınların rolu müzakirə olunub FOTOLAR KONKRET

Şəhərsalmada qadınların rolu müzakirə olunub FOTOLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib.

KONKRET.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbirdə Komitə sədri Bahar Muradova iştirakçıları salamlayaraq konfransı açıb. Tədbir qadınların şəhərsalmada rolu, qadın məşğulluğunun təşviqi və şəhər planlaşdırılması zamanı gender bərabərliyinin təmin edilməsi kimi aktual məsələləri əhatə edib.

Açılış hissədə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov şəhərsalma siyasətində gender bərabərliyinin təmin edilməsinin, habelə şəhər mühitinin formalaşdırılmasında qadınların fəal iştirakının vacibliyini vurğulayıb. Bildirib ki, müasir şəhərsalma yanaşmaları fiziki infrastrukturun qurulması ilə məhdudlaşmamalı, cəmiyyətin bütün üzvlərinin, o cümlədən qadınların ehtiyac və gözləntilərini nəzərə almalıdır. Bu baxımdan inklüziv planlaşdırma prinsiplərinin tətbiqi və qərar qəbuletmə proseslərində qadınların iştirakının genişləndirilməsi prioritet istiqamətlərdən olmalıdır.

Konfrans çərçivəsində panel sessiyada çıxış edən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma prosesində genderə həssas yanaşma tətbiq olunur və əlçatan sosial infrastruktur yaradılır. Bu yanaşma qadınların inteqrasiyasını və regionun dayanıqlı inkişafını dəstəkləyir.

Digər iştirakçılar da qadınların şəhərsalma və memarlıq sahələrində geniş təmsilçiliyinin vacibliyini qeyd edib, bu istiqamətdə həyata keçirilən layihə və təşəbbüslər barədə məlumat veriblər. Gender bərabərliyinin təmin olunmasının yalnız sosial ədalət məsələsi deyil, əlverişli və dayanıqlı şəhər mühitinin formalaşdırılmasının əsas şərtlərindən olduğu diqqətə çatdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri