Icma.az
close
up
RU
Şəhid ailələri, qazilər və müharibə iştirakçılarına qayğı gələn il də davam edəcək Komitə sədri

Şəhid ailələri, qazilər və müharibə iştirakçılarına qayğı gələn il də davam edəcək Komitə sədri

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, müharibə iştirakçılara qayğı və diqqət gələn il də davam edəcək.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, gələn il minimum pensiya və minimum əməkhaqqının artırılması, pensiyaların indeskləşdirilməsi planlaşdırılır: “Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 %-dən 5,2 %-ə endirilib. Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır. Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir. Bu istiqamətə 4 milyard manat vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir. Növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. Xatırladaq ki, Vətən müharibəsində təkcə ordumuz döyüşmürdü, döyüşən həm də büdcəmiz, iqtisadiyyatımız idi. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan sosial büdcəsi Ermənistanın 2025-ci il üçün proqnozlaşdırdığı büdcə gəlirlərini 30-50 % üstələyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri