Icma.az
close
up
RU
“Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” videoçarxının təqdimatı keçirilib FOTOLAR

“Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” videoçarxının təqdimatı keçirilib FOTOLAR

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

05 avqust 2025-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” videoçarxının təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmiyev Samir, Yasamal rayon Əmək, Müharibə, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları veteranları şurasının sədri Vaqif Məmmədov, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyinin sədri Əzizağa Qənizadə, "20 Yanvar" İctimai Birliyinin sədri Sultan Əzimzadə, “Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva, “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin rəhbəri Dünyaxanım Əliyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov, şəhid ailələri, qazilər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında Ulu Öndərin büstünü ziyarət edib, xatirə şəkli çəkdiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Layihə rəhbəri Naibə Behbudova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, 2025-ci ilin Konstitusiya ili elan olunması şəhid ailələrinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində hazırlanmış videoçarxın əsas məqsədi şəhid ailələri və müharibə iştirakçılarının ictimai həyatda fəal iştirakını təşviq etməkdir. Videoçarxda Laçın rayonuna qayıdan və qayıtmağa hazırlaşan şəhid ailələrinin və müharibə iştirakçılarının ailə üzvləri ilə müsahibələr, həmçinin işğaldan azad olunmuş Laçın şəhərinin füsunkar təbiəti, tarixi-mədəni irsi və aparılan bərpa-quruculuq işləri əks olunub.

Videoçarx nümayiş olunduqdan sonra çıxış edən Vaqif Məmmədov, Əzizağa Qənizadə, şəhid ailəsi üzvü Səyyarə Xəlilova və digər qonaqlar postmüharibə dövründə dövlət tərəfindən görülən genişmiqyaslı işlər – azad edilmiş ərazilərin minalardan təmizlənməsi, müasir infrastrukturun qurulması, iqtisadi və sosial inkişafla bağlı layihələr barədə fikirlərini bölüşüblər.

Sonda şəhid ailələri, qazilər və digər iştirakçılar ölkə rəhbərliyi başda olmaqla Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Tədbirin yekununda layihə rəhbəri Naibə Behbudova layihənin uğurla həyata keçirilməsində əməyi olan hər kəsə – Yasamal rayon Heydər Əliyev Mərkəzinin vətənpərvər kollektivinə, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri Samir müəllimə və Vaqif müəllimə, həmçinin iştirak edən QHT sədrlərinə, şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə dərin təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Avqust 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri