Icma.az
close
up
RU
Şəhid anası: Vətən sağ olsun deyib övladlarımızı cəbhəyə yolladıq

Şəhid anası: Vətən sağ olsun deyib övladlarımızı cəbhəyə yolladıq

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tərtər, 6 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

30 işğal altında qalan torpaqlarımız 2020-ci ilin payızında şəhidlərimizin qanı bahasına azad olundu. Bu sevinci xalqımıza yaşadanlar sırasında Suqovuşanın azadlığı uğrunda şəhadətə yüksələn Aslan Hüseynov da var.

AZƏRTAC-ın bölgə müxbiri Tərtər rayonunun Qaradağlı kəndində şəhidin valideynləri ilə görüşüb, onlarla qəhrəman Vətən oğlunun həyatı və şərəfli döyüş yolu haqqında söhbət edib.

Atası Malik Hüseynov deyir ki, həmişə vətənpərvərliyi ilə seçilən Aslan hərbi xidməti başa vurandan sonra müddətdən artıq hərbi xidmətçi kimi fəaliyyətə başlayıb. 2016-cı il Aprel döyüşlərində yaralansa da, yolundan dönməyib. Gizir hazırlığı kursunu başa vurub xidmətini davam etdirib. 2020-ci il Vətən müharibəsində Suqovuşan döyüşlərində düşmənin 3 tankını vurub sıradan çıxarıb. Sentyabrın 30-da şəhid olub.

Malik kişi deyir ki, Aslan şəhid olacağını bilirdi: “Sentyabrın 23-də evə gəlmişdi. Dostu ilə Tərtərin bütün küçələrini gəzmişdi. Ona şəhid olacağını demişdi... Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Vətən sağ olsun”.

Anası İradə xanım Aslan haqqında danışmağın nə qədər çətin olsa da qürurlu olduğunu deyir: “Vətən sağ olsun deyib övladlarımızı cəbhəyə yolladıq. Aslanla bərabər digər oğlumu da yola salmışdıq. İkisi də ön cəbhədə idi. Biri şəhidlik zirvəsinə ucaldı, digəri sağ-salamat gəldi... Aslan Vətənini sevən, Vətənə bağlı insan idi. Çox məsuliyyətli idi. Özü də bilirdi şəhid olacaq. Deyirdi ki, erməni kimdir ki, bizim torpaqlarımız onların tapdağı altında qala. Aslan cəsur oğlan idi. Aprel döyüşlərində yaralansa da, evə qayıtmaq istəmirdi. Bu gün üzümdə qürur, ürəyimdə nisgil var. Aslan haqqında danışmaq nə qədər çətin olsa da, qürurla danışıram. Şəhid elin şəhididir. Azərbaycanın Qarabağ kimi yarasına mənim oğlumun timsalında 3000 mindən artıq şəhid məlhəm oldu. Ana kimi həmişə qürurlanıram, amma onların nisgili, yarası gedən deyil. Vətən sağ olsun... Aslanın iki övladı – bir oğlu, bir qızı yadigar qalıb, onun adına layiq övlad olsunlar”.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aslan Hüseynov Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Aslan Hüseynova sağlığında isə “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları verilib. Şəhidin adının əbədiləşdirilməsi üçün Tərtər şəhərində küçələrdən birinə onun adı verilib, doğulduğu kənddə isə adına bulaq inşa edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri