Icma.az
close
up
RU
Şəhid Sənan Qasımovun anası: Vətən şəhidləri ilə ucalır

Şəhid Sənan Qasımovun anası: Vətən şəhidləri ilə ucalır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Samux, 23 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Qanları ilə qəhrəmanlıq salnaməsi yazan oğullarımızın Vətən sevgisi onları şəhidlik zirvəsinə ucaltdı. Belə qorxmaz, mərd, dəyanətli oğullarımızdan biri də şəhid mayor Sənan Qasımovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sənan Qasımov 1991-ci mart ayının 7-də Samux rayonunun Lək kəndində dünyaya gəlib. 1997-2008-ci illərdə Lək kənd tam orta məktəbində təhsil alıb. Torpaqlarımızın işğaldan azad edilməsini bütün varlığı ilə istəyən Sənan Qasımov hərbçi olmaq arzusunu reallaşdırmaq üçün 2008-2012-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Artilleriyaçı Sənan Qasımov hərbçi yoldaşları ilə birgə 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda qəhrəmancasına vuruşub. 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb.

Şəhidin anası Dürdanə Qasımova deyir ki, müharibədə hünər göstərən, düşmənə divan tutan Sənan Murovdağ uğrunda gedən döyüşlərdə yaralansa da, Vətən qarşısında borcunu sonadək ödəmək üçün əlindən gələni edib. “Döyüş zamanı yanındakı əsgərini xilas etmək üçün onu qucaqlayıb, qəlpələr oğluma dəyib. 45 dəqiqə döyüş meyadanını tərk etməyib. Deyilib ki, “Qasımov, oranı tərk et, aşağı, hospitala düş”. Təkid etsələr də, deyib ki, “yox, mən döyüş yoldaşlarımı tək qoya bilmərəm”. Döyüşü bir nəfər də itki vermədən bitirib. Qulağında kor qəlpə var idi, özünü pis hiss edirdi. Deyiblər ki, təqaüdə çıxsın, imtina edib. Deyib ki, ancaq Xankəndiyə bayraq sancandan sonra”, - deyən şəhid anası onu da bildirir ki, oğlu Vətən müharibəsinin sonunda qazanılan şanlı Qələbənin sevincini böyük qürurla yaşayıb.

Xidmətini davam etdirən qazi Sənan Qasımov 2023-cü il sentyabrın 19-20-də keçirilən, Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü təmin edən, 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirlərinə qatılıb. Düşmənlə qəhrəmancasına vuruşaraq Ağdərədə şəhid olub. Samux rayon Lək kənd qəbiristanlığında torpağa tapşırılıb.

“Xocalı soyqırımı olanda onun heç bir yaşı da yox idi. Ağlıma gəlməzdi ki, oğlum Xocalını xilas edib, adını tarixə yazdıracaq. İndi onun üç övladı böyüyür. Deyirdi ki, gərək bu məsələni onlara qoymayaq, elə edək ki, onlar rahat yaşasınlar. Övladım öz vətənpərvərliyinə görə layiqli qiymətini - şəhid adını alıb. Vətən şəhidləri ilə ucalır, igid oğulları ilə bayrağını dalğalandırır”, - deyən şəhid anası Dürdanə Qasımova vurğulayır ki, vaxtilə həm anası, həm də ibtidai sinif müəllimi kimi Sənana Vətən sevgisini aşıladığı kimi, bu gün onun övladları Kənan, Nəriman, Rəvanı da vətənpərvər ruhda tərbiyə edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin hərbi qulluqçusu, mayor Sənan Qasımov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən müharibəsi iştirakçısı, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, ölümündən sonra “Vətən uğrunda” medalları təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri