Icma.az
close
up
RU
Şəhid anası: Vətən sağ olsun, oğlum şanlı bayrağa bükülüb getdi, elə də qayıtdı

Şəhid anası: Vətən sağ olsun, oğlum şanlı bayrağa bükülüb getdi, elə də qayıtdı

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daşkəsən, 18 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Otuz il torpaqları işğal altında qalmış Azərbaycanın vətənpərvər və milli ruhda tərbiyə almış gəncləri “Dəmir yumruq” altında birləşərək ədaləti bərpa etdilər. Azərbaycan ordusunun qəhrəman hərbçiləri döyüş meydanında düşmənlə mərdcəsinə mübarizə apararaq şanlı Qələbəyə imza atdılar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu şərəfli yolda şəhid olanlardan biri də Orxan Şıxıyev oldu.

Şıxıyev Orxan Rafiq oğlu 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətini də layiqincə başa vurub. Orxan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşə qatılan Azərbaycan igidləri sırasına daxil olub.

Şəhidin anası Sevda Şıxıyeva deyir ki, övladı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Şəhidlik zirvəsinə də elə Xocavənddə yüksəlib. “Oğlum 44 günlük Vətən müharibəsi zamanı, oktyabrın 26-da şəhid olub. Noyabrın 2-i Daşkəsən Şəhidlər xiyabanında dəfn edilib. Vətənə layiqli, vətənpərvər, qeyrətli bir oğul böyütmüşdüm. O, bizi deyil, Vətəni seçdi. Mən oğlumla həmişə fəxr edirəm. Döyüş yoldaşlarına da deyirmiş ki, mən şəhid olacaq. Şanlı bayrağa büküldü getdi, bayrağa da büküldü gəldi. Vətən sağ olsun”, - deyə Sevda Şıxıyeva bildirib.

Orxanın atası Rafiq Şıxıyev də övladı ilə qürur duyduğunu dilə gətirir. Şəhid atası deyir ki, əsgərin, zabitin daxilindən onu qəhrəmanlıq göstərməyə sövq edən ən ali güc vətənpərvərlik hissi və döyüşkənlik ruhudur. Orxan da döyüşdə vüqarla, məğrurcasına həlak olaraq adını şəhidlik zirvəsinə əbədi yazdırdı. “Oğlum vətənpərvər idi. Mənim övladım qəhrəmandır. Vətən üçün özünü qurban verdi. Vətən sağ olsun”, - deyə şəhid atası əlavə edir. Orxan Şıxıyev Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri