Icma.az
close
up
RU
Şəhid anası yanaraq öldü Yevlaxda faciə

Şəhid anası yanaraq öldü Yevlaxda faciə

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yevlaxda ölümlə nəticələnən yanğın olub.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən binaların birində baş verib.

Yanğın nəticəsində 1945-ci il təvəllüdlü şəhər sakini Nərgiz Mikayılova yanaraq ölüb.

Hadisə zamanı evdə olan 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və 1967-ci il təvəllüdlü Kamran Mehdiyev isə ağır yanıq xəsarətləri alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Hadisənin təfərrüatı məlum olub.

Belə ki, yanğın Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsini əhatə edib. Həmin hissədə evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri - Yasəmən Mayıl qızı Vahabova və Kamran Mayıl oğlu Mehdiyev xəsarət alıblar.

Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub.

Xatırladaq ki, bu gecə Lökbatandakı “Qobu Park-1” yaşayış massivində baş verən yanğında da 4 nəfər həlak olub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri