Icma.az
close
up
RU
Şəhid anasına ehtiram FOTOLAR

Şəhid anasına ehtiram FOTOLAR

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vətənimizin qeyrətli, mətin oğulları 44 günlük haqq savaşımızda yağını darmadağın edərək şanlı qələbə qazandılar. Beləliklə 30 il düşmən tapdağında olan əzəli yurd yerimiz-Qarabağ azadlığa qovuşdu, xalqımızın mənliyi, kimliyi bir daha bütün dünyaya bəlli oldu. Bu müqəddəs şərəfli mübarizə yolunda qan töküb qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən oğullardan biri də Şuşa fatehi şəhid Kamran Seyfullazadədir. Ömrünün 21-ci ilində canını Vətəninə fəda edən, adını Azərbaycanın yeni, şərəfli tarixinə yazan Kamran Astara şəhərində boya-başa çatıb. Ailədə iki övlad-bir qardaş, bir bacı olublar.

Kamran Seyfullazadə İkinci Qarabağ müharibəsinə könüllü gedib. O ,Xüsusi Təyinatlıların tərkibində Fizuli, Hadrud, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda haqq savaşımızda misilsiz hünər göstərib, Şuşaya qədər yağının kabusuna çevrilib. Son dəfə müharibə meydanına Şuşada noyabrın 4-də girib. Şəhid olan döyüş yoldaşının da silahını götürüb iki silahla erməni dığalarına qan qusdurub. Təəssüf ki, özü də qəfil atılan güllənin qurbanı olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin, Şuşanın azadlığına görə medalları ilə təltif olunub.

Ölümsüzlüyə qovuşan qəhrəman Kamrana döşündən şir südü əmizdirən anası Ruhiyyə xanım hazırda Astara şəhərində yaşayır. El-obada kiçik də, böyük də onun xətrini əziz tutur. Qəhrəman oğul böyütdüyünə görə hamı Ruhiyyə ananın adını qürurla çəkir. İnsanın həyatda ləyaqətlə, şərəflə yaşaması üçün bütün ilahi dəyərlər onun xarakterində cəm olunub. Ruhiyyə ananın doğum günündə rayon rəsmiləri, qohum-qonşu onun halal ailə ocağına toplanmışdı.

Ruhiyyə ananı səmimi qəlbdən təbrik edən ziyarətçilər onu da bildirdilər ki, oğlun Kamran nəinki bu ailənin, bütün Vətən üçün əzizdir. Siz Kamran kimi oğul anası olmaqla bizə şərəfsiniz.

“Oğluma ən gözəl sözləri yazın” – dedi bir də Ana. Təsəlli verə bilmədim. “Ağlayan səsinin başına dönüm” – dedim sadəcə. Deyə bilmədim ki, ən gözəl sözləri, əsrlərlə yaza bilmədiyimiz sözləri sənin Kamranın yazıb “Qələbə! Bizi utancdan qurtarıb. Azərbaycanın tarixinə elə sözlər yazıb ki! Kamranlar nələr edib bilirsənmi ana?” – deyə bilmədim.

“Özü getdi. Mən ona heç “getmə” də demədim. Bilirdim ki, gedəcək. Bilirdim ki, Vətəni sevir. Ölümü gözə alıb gedib” –sözlərini tez-tez təkrarlayan anaya nə deyəydim ki?

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri