Icma.az
close
up
RU
Şəhid atası: Fəxr edirəm ki, Qələbənin qazanılmasında tankçı oğullarımın da payı olub

Şəhid atası: Fəxr edirəm ki, Qələbənin qazanılmasında tankçı oğullarımın da payı olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Balakən, 3 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şanlı Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində adını Zəfər tariximizə yazan qəhrəman oğullardan biri də Balakən rayonundan olan şəhid tankçı Vüsal Omarovdur.

AZƏRTAC-ın bölgə müxbiri şəhidin ailəsini ziyarət edib, valideynləri ilə Vüsalın Vətən müharibəsindəki qəhrəmanlığından danışıb.

Vüsal Omarov 1989-cu il iyulun 7-də Rusiya Federasiyasının Kemerovo vilayətinin Prokopyevsk şəhərində anadan olub. O, 1995-2006-cı illərdə Balakən rayonunun Poştbinə kənd 1 saylı tam orta məktəbində təhsil alıb. Vüsal 2007-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. Vüsal 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi tankçı vəzifəsində xidmətə başlayıb, tank komandiri olub. 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə savaşıb, “dəmir atı” ilə düşmənin başına od ələyib. Sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi, iki qızı yadigar qalıb.

Şəhidin anası Asayas Omarova övladı barədə danışdıqca kövrəlir: “Oğullarımın hər ikisi hərbçi olub, tank bölmələrində xidmət edirdilər. Böyük oğlum Umar 25 il hərbidə xidmət edib, hazırda ehtiyata buraxılıb. Vüsal isə 10 il idi xidmət edirdi. Hər ikisi çox vətənpərvər idi, müharibə adı gələndə döyüşə getmək üçün can atırdılar, düşməndən qisas almağa tələsirdilər. Vətən müharibəsində də hər ikisi tankçı kimi iştirak ediblər”.

Qeyd edək ki, tank komandiri olan Vüsal Omarov Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində təşkil edilən “Tank biatlonu” müsabiqəsində Azərbaycanı təmsil edən şəxsi heyətin tərkibində olub. O, fərdi ustalıq nümayiş etdirərək, komandasının 16 ölkə arasından 4-cü yeri tutmasında xüsusi rol oynayıb.

“Qardaşı Umar da xidmət dövründə 7 dəfə tank yarışlarında iştirak edib, respublika birincisi olub, bir neçə dəfə ikinci yeri tutub, çoxlu medalları var”,- deyə şəhid anası vurğulayıb.

Şəhidin atası Şəmsəddin Omarzadə tankçı oğullarının Vətən müharibəsindəki qəhrəmanlıqlarından qürur duyduğunu bildirib: “Fəxr edirəm ki, şəhid atasıyam. Oğlum Vətən uğrunda şəhid olub. Əsas odur ki, torpaqlarımız düşmən işğalından azad edilib, şəhidlərimizin qisası alınıb. Qələbə gününü illərlə gözləmişik. Sevinirəm ki, şanlı Qələbənin qazanılmasında mənim tankçı oğullarımın da payı olub”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal Omarov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vüsal Omarovun adının əbədiləşdirilməsi məqsədilə rayonun Gərəkli kəndində küçələrdən birinə onun adı verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri