Icma.az
close
up
RU
Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN dən açıqlama

Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN dən açıqlama

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciətləri yayılıb.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, oktyabrın 4–də “BMW X6” markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı  “102” Xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb.

Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb.

Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq, vətəndaş əsassız iddialarını davam etdirib.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntüləri təqdim edirik.

Daxili İşlər Nazirliyi bir daha bildirir ki, şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu həssas münasibətdən sui-istifadə edərək kobud qanun pozuntularına yol vermək və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmaq, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarəetmə halları qəbuledilməzdir. Qanuna hörmət həm şəhidlərə, şəhid ailələrinə, həm də cəmiyyətə göstərilən ən böyük ehtiramdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri