Icma.az
close
up
RU
Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Zaqatala rayonu üzrə təhsil sektorunun yeni müdiri kollektivə təqdim olunub.

Bu barədə Bakıvaxtı.az-a Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın müvafiq əmri ilə Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunmuş Mehparə Mirzəyeva kollektivə təqdim olunub. Tədbirdə çıxış edən Günay Mahmudova Mehparə Mirzəyevanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, təhsil sahəsində qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin səmərəliliyinin artırılması və təhsil müəssisələri ilə işgüzar əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Mehparə Mirzəyeva göstərilən etimada görə təşəkkürünü bildirərək üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmək, qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində səylə çalışacağını qeyd edib.

Qeyd edək ki, “Tərəqqi” medalı ilə təltif olunmuş Mehparə Mirzəyeva uzun illər şəhid qardaşı Zəfər Murtuzəliyevin adını daşıyan Zaqatala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib. 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının elm və təhsil nazirinin əmri ilə həmin məktəbə direktor təyin olunub. 19 mart 2024-cü il tarixdən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri