Icma.az
close
up
RU
Şəhid bulağını kim dağıtmaq istəyib? Rəsmi cavab

Şəhid bulağını kim dağıtmaq istəyib? Rəsmi cavab

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suraxanı rayonunda şəhid bulağına bir neçə şəxs tərəfindən müdaxilə edilməsi ilə bağlı görüntülər yayılıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kanal 21” səhifəsi paylaşım edib.

Mənbədə qeyd olunub ki, adıçəkilən ərazidəki şəhid bulağı gecə saatlarında bir neçə şəxs tərəfindən dağıdılıb. Videoda həmin şəxslərin ilk olaraq bulağın işığını söndürməsi öz əksini tapıb. Bildirilib ki, həmin şəxslər bunu kameradan kimlikləri bəlli olmasın deyə ediblər.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Şəhid Elmaz Hacıyevin adına artıq mövcud olan bulaq-abidə kompleksinə baxmayaraq, şəhidin anası Səxavət Hacıyeva və qardaşı tərəfindən həmin kompleksin bilavasitə yaxınlığında yeni bulaq-abidə kompleksinin inşası işləri həyata keçirilir.

Qeyd olunan tikinti ilə bağlı müvafiq qurumlara müraciət olunması üçün şəhid ailəsinə Rayon İcra Hakimiyyəti tərəfindən tövsiyələr verilsə də, göstərilən tapşırıqlara əməl olunmadan tikinti işləri davam etdirilib. Eyni zamanda, bulaq tikintisinin aparıldığı ərazinin ona məxsus olduğunu iddia edən vətəndaş Arzuman Şalı oğlu Əliyev tərəfindən müvafiq torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması barədə Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət olunub. 

Tikinti prosesi zamanı tərəflər arasında narazılıq yaranıb, ilkin ehtimallara əsasən, ərazidə qeydə alınan söküntü işləri torpaq mülkiyyəti iddiası irəli sürən vətəndaş tərəfindən həyata keçirilib. Əlavə olaraq məlumat üçün bildiririk ki, şəhid bulağının qarşı tərəfində, şəhid ailəsi tərəfindən müvafiq razılıq və icazələr olmadan qanunsuz inşa edilərək hal-hazırda fəaliyyət göstərən qeyri-yaşayış təyinatlı obyekt mövcuddur”.

Qeyd edək ki, şəhid Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb, noyabrın 4-də şəhid olub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Laçının azad olunmasına görə” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sözügedən görüntüləri təqdim edirik: 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri