Şəhid Elçin Kərimbəylinin xatirəsi yad edilib
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
27 Sentyabr Anım Günü münasibəti ilə şəhid Kərimbəyli Elçin Əlioğlunun xatirəsi yad edilib.
Modern.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları onun keçdiyi şərəfli həyat yolundan danışıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub.
O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi" Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil alıb.
1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirmiş, hər zaman əsgər yoldaşları arasında fərqlənmişdir. Xidmətində fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilib.
20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Sentyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















