Icma.az
close
up
RU
Şəhid İqbalın atası:“İdmanda qazandığı güc onu döyüşdə qorxmaz etdi” FOTO

Şəhid İqbalın atası:“İdmanda qazandığı güc onu döyüşdə qorxmaz etdi” FOTO

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Vətənin bütövlüyü və azadlığı naminə həyatını qurban verən, müqəddəs torpaqlarımızı qanı ilə qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də şəhid Astanlı İqbal İlqar oğludur. O, gənc yaşlarından Vətənə sədaqət, xalqına sevgi və torpağa bağlılıq hissi ilə böyüyüb. Hər zaman Vətənin müdafiəsinə hazır olan İqbal döyüş meydanında göstərdiyi rəşadəti və igidliyi ilə seçilib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı o, ön cəbhədə düşmənə qarşı mərdliklə vuruşub, torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq nümayiş etdirib. İqbal Astanlı son nəfəsinə qədər döyüş yoldaşlarına nümunə olub, qorxmazlığı və vətənpərvərliyi ilə yaddaşlarda dərin iz buraxıb.

1997-ci il avqustun 10-da Biləsuvar rayonunda anadan olan İqbal uşaqlıq illərindən idmana, xüsusilə də güləşə böyük maraq göstərib. Kiçik yaşlarından məşqlərə başlayaraq daim səylə çalışıb və qısa müddətdə öz bacarığı, iradəsi və zəhməti sayəsində diqqət mərkəzinə olub. İdman karyerasında ardıcıl uğurlar qazanan İqbal bir çox yarışda fəxri yerlərə layiq görülüb. Buna görə də İqbalın hərbi bacarığının formalaşmasında onun idman keçmişi mühüm rol oynayıb.

Şəhidin atası İlqar Astanlı qürur və kədər dolu bir hisslə deyir ki, İqbal uşaqlıqdan çox çevik, dözümlü və iradəli uşaq olub. “Güləş onun həyatı idi. Gecə-gündüz məşq edərdi, yorulmaq nədir bilməzdi. Dəfələrlə rayon və respublika yarışlarında birinci yerə çıxmışdı. Evə hər dəfə boynunda medal, əlində diplomla gələndə gözlərim sevincdən yaşarırdı. Bilirdim ki, bu uşağın içində böyük güc, böyük Vətən sevgisi var. O, hər şeyə ciddi yanaşırdı. N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edirdi. Komandirləri tez-tez mənə deyirdilər ki, İqbal çox mərd, qorxmaz və intizamlı əsgərdir. Hər tapşırığı böyük məsuliyyətlə yerinə yetirirdi. Mən o sözləri eşidəndə həm sevinirdim, həm də içimdə bir narahatlıq olurdu. Müharibə başlayan ilk gündən döyüşlərə qatıldı. Xidmətini bitirib qayıtmasına cəmi üç ay qalmışdı... İdmanda qazandığı dözüm, güc və inam onu döyüş meydanında da qorxmaz etdi” , - deyə şəhid atası bildirir.

Suqovuşan istiqamətində gedən ağır döyüş əməliyyatlarında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçusu İqbal Astanlı sentyabrın 29-da baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulduğu Biləsuvar rayonunda böyük izdihamla qarşılanaraq, şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə İqbal Astanlı Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri