Icma.az
close
up
RU
Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Füzuli, 16 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli rayonu 11 saylı Qayıdış qəsəbəsində Azərbaycan Güləş Federasiyasının, Füzuli Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid mayor Elnur Əliyevin anadan olmasının 49-cu il dönümünə həsr edilən sərbəst güləş üzrə dördüncü Respublika turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.

Sonra rayon icra hakimiyyətinin nümayəndəsi Vüqar Teymurov, beynəlxalq dərəcəli hakim Tural Əliyev, şəhid mayor Elnur Əliyevin qardaşı polkovnik-leytenant Amid Əliyev, şəhid valideyni İlqar Astanov, Füzuli Rayon Gənclər və İdman sektorun nümayəndəsi Ramiz Quliyev çıxış edərək, Azərbaycan Ordusunun qüdrətindən, Aprel Zəfərindən, həmçinin 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı Qələbədən söhbət açıblar. Qeyd edilib ki, Vətəni uğrunda canını fəda qəhrəmanlardan biri də şəhid mayor Elnur Əliyevdir. Onun şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bilidirilib ki, şəhid mayor Elnur Əliyev 1976-cı il aqvustun 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olub. Hələ balaca vaxtlarından erməni təcavüzünə şahid olan Elnur hərbçi olmağa qərar verib. Hərbi lisey və Ali hərbi Akademiyada hərb sirlərinə yiyələnən Elnur zabit olaraq ordu sıralarında Vətən keşiyində dayanıb. Aprel döyüşlərində qəhrəmanlıq nümayiş etdirən mayor Elnur Əliyev döyüşlər zamanı əsgərlərini qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Elnur Əliyev döyüşlər zamanı göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni (III dərəcəli) ilə təltif edilib. Elnur Əliyev ailəli olub Elvin və Elxan adında iki oğlu yadigar qallb.

Çıxışlardan sonra yarışlar izlənilib. Turnirdə ölkəmizin müxtəlif şəhər və rayonlarından gələn ümumilikdə 10-a yaxın komandadan 100-ə yaxın pəhvləvan müxtəlif çəki dərəcələri üzrə gücünü sınayıb. Maraqlı və gərgin keçən mübarizələrdə Cəlilabad güləşçiləri 1-ci yer, Füzuli güləşçiləri 2-ci yer, Biləsuvar güləşçiləri isə isə 3-cü yeri qazanıb. Qaliblər medallar və fəxri fərmanlarla təltif ediliblər. Həmçinin onlara hədiyyələr təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Avqust 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri