Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan tədbirdə mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov və digər rəsmi şəxslər təqdim ediblər.
Həlledici oyunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin komandasına 3:0 hesabı ilə qalib gələn Ədliyyə Nazirliyi ardıcıl ikinci dəfə turnirin qalibi olub.
“Qaçqınkom” gümüş, Daxili İşlər Nazirliyi isə bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışda ümumilikdə 39 kollektiv iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 06 May 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















