Icma.az
close
up
RU
Şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib Yeni Gündəm

Şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib Yeni Gündəm

Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü və Yasamal Rayon Mərkəzi Kitabxanasının tərəfdaşlığı ilə keçirilən anım tədbirində Azərbaycan qadınlarının qeyrət və ləyaqət rəmzi olan Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımuradova, Rəhilə Orucova, Gülbar Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova, Vəfa Mansurova, Arəstə Baxışova kimi şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib.

“Yeni Gundem” xəbər verir ki, bu, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsinə həsr olunmuş silsilə portret filmləri layihəsi əsasında baş tutub.

Layihənin məqsədi gənclərdə milli təfəkkürün formalaşdırılması, yeniyetmə və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi mərdlik və fədakarlıqla döyüşən igid oğulların və qeyrətli Azərbaycan qızlarının örnək həyatını işıqlandırmaq, onların işıqlı xatirəsini kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir.

Filmin ithaf olunduğu qəhrəmanlar Birinci və İkinci Qarabağ müharibəsində böyük şücaətlər göstərərək canından keçən qadınlardır.

Salatın Əsgərova Azərbaycanın ilk qadın Milli Qəhrəmanı olub. Jurnalist kimi könüllü cəbhəyə gedib, 1991-ci ildə Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında həlak olub.

Milli Qəhrəman Gültəkin Əsgərova könüllü cəbhəyə yollanaraq hərbi həkim kimi Şuşada, Turşsuda, Ağdamın Mahrızlı xəstəxanasında yaralı əsgərlərə tibbi yardım göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin uğrunda gedən döyüşlərdə həlak olub.

Qaratel Hacımuradova Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub, könüllü döyüşlərə qatılaraq həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərib, 1992-ci il iyunun 14-də Aşağı Əskipara uğrunda gedən döyüşlərdə şəhid olub, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Rəhilə Orucova – cəbhəyə könüllü tibb bacısı kimi yollanıb, həm də ön cəbhədə sıravi əsgər kimi döyüşüb, 1992-ci il mayın 11-də Ağdərədə şəhid olub.

Gülbar Heydərova üç qardaşı ilə bərabər könüllü cəbhəyə yollanıb, ona döyüşlərdə iştirak etməklə bərabər həm də Rabitə xidmətinin rəisi vəzifəsi tapşırılıb, döyüş əməliyyatları zamanı məhz onun verdiyi dəqiq koordinatlar nəticəsində saysız düşmən mövqeləri darmadağın edilib.1993-cü il iyulun 24-də Füzuli rayonunda şəhid olub. Prezidenti İlham Əliyevin 2005-ci 24 iyun tarixli Sərəncamına əsasən, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Məlahət Nəsibova Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşı kimi orduda döyüşən əsgərlərə yemək apararkən geri qayıtmaqdan imtina edib, döyüşlərə könüllü əsgər kimi qatılaraq böyük şücaətlər göstərib. 1992-ci il avqustun 2-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Vəfa Dəmirçi qızı Mansurova döyüşlərə yazılmaq üçün adını Mansurov Vəfadar Dəmirçi oğlu kimi dəyişərək mahir atıcı – snayper qadın kimi Azərbaycan Ordusunda böyük xidmətlər göstərib.

Arəstə Baxışova 2020-ci sentyabrın 27-dən tibb bacısı kimi könüllü cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Zəngilanda gedən döyüşlər zamanı yaralı əsgərlərə tibbi yardım göstərib, oktyabrın 23-də Qubadlıda şəhid olub, Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 07 Mart 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri