Icma.az
close
up
RU
Vətən torpağı şəhidləri ilə ucalır

Vətən torpağı şəhidləri ilə ucalır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Həmin gənclərdən biri Mirbala Əmirağa oğlu Rəsulovdur.

Azərbaycan Ordusunun kiçik giziri Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 5-də snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Mirbala Rəsulov ölümündən sonra  “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda",  " Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin atası Əmirağa Rəsulov bildirir ki, Mirbala evin tək oğlu olsa da, tərəddüd etmədən hərbçi olmağa qərar verib.

“Beş il idi ailə qurmuşdu. Ailə qurmasının beşinci ildönümü günü – sentyabrın 27-də döyüşlərə başlayıb. Bir neçə gün ona zəng çatmadı. Elbrus adlı iş yoldaşı ilə danışdım. Məni arxayın elədi ki, hər şey yaxşıdır. Amma sən demə mənimlə danışanda Elbrus özü ağır yaralı halda hospitaldan danışırmış. Sonra Mirbalanın özü ilə də danışdıq. Deyir hər şey yaxşıdır, sakitçilikdir. Amma müharibənin şiddətləndiyini mən hər gün televizordan eşidirdim. Axırıncı dəfə oktyabrın 4-də telefonla əlaqə saxladıq. Anası, həyat yoldaşı və uşaqları ilə xeyli danışdı. Bir gün sonra da şəhid olub. Mən oğlumla fəxr edirəm, o, Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb”, - deyə şəhidin atası söyləyib.

Anası Xədicə Rəsulovaya oğlunun döyüşlərdə olması barədə xəbər verməyiblər: “Mənə deməyiblər müharibədə olmasını. Qonşular soruşanda da demişəm ki, Mirbala döyüşlərdə deyil. Bir də onda xəbər tutdum ki, evdən gəlib şəkilini istədilər. Səbəbini soruşanda dedilər şəhid olub. Mənim qəhrəman balam... Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

“Yoldaşımı son dəfə sentyabrın 26-da evdən yola saldıq. Döyüşə getdiyini demədi bizə. Həmişəki kimi təlimə getdiyini söylədi. Mənə zəng edəndə hər şey yaxşıdır deyirdi. Özümə, uşaqlara yaxşı baxmağımı tapşırırdı. Yoldaşım fəxr ediləsi, çox qayğıkeş insan idi. İşini çox sevirdi. Ailəsinə, uşaqlarına, valideynlərinə, bacısına həddindən artıq diqqət göstərirdi. Bir çox arzuları yarımçıq qaldı. Vətən yolunda şəhid oldu. Onunla fəxr edirik”, -deyə həyat yoldaşı Fərqanə Rəsulova bildirib. Mirbala yağı düşmən üzərində şanlı Qələbəni görməsə də, bu gün onun  ruhu şaddır.  Vətən torpağı şəhidləri ilə ucalır.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri