Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Şəhidlik zirvəsi FOTO

Şəhidlik zirvəsi FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Zəfər şəhidi Sübhan Həsənovun 25 yaşının tamam olması münasibətilə
İkinci Qarabağ müharibəsində hünər göstərib ölümü ilə ölümsüzlüyə qovuşan qəhrəmanlardan biri də Sübhan Rauf oğlu Həsənovdur. O, az yaşasa da, layiqli bir övlad kimi müqəddəsliyinə tapındığı Vətən qarşısında son borcunu şərəflə verib. 19 illik mənalı ömür yolu və şəhidlik zirvəsinə ucalmaqla zaman-zaman unudulmayan, örnək olası bir tarix yazıb. İndi adı dillərdə qəhrəmanlıq dastana dönən Sübhan Həsənov həm də dövlət tərəfindən ölümündən sonra «Vətən uğrunda», “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
26 iyul 2001-ci ildə Masallı şəhərində dünyaya göz açan Sübhan hələ uşaq yaşlarında təmiz ürəkli, vicdanlı, qeyrətli Vətən oğlu olaraq el-obada sevilib. Doğma Azərbaycanın daşına, torpağına ürəkdən bağlandığı üçün 2019-cu ilin 30 iyul tarixində ordu sıralarına mənfur düşməndən onun qisasını almaq arzusu ilə yola düşüb. Və evdə dedikləri də belə olub: “ Xalqımızın pozulmaz qəhrəmanlıq tarixi vardır. Vətən, torpaq uğrunda can qoyan polad biləkli igidlərimiz çox olub. Bütün bunlara görə erməni dığaların hərəkətləri məni narahat edir. Məqamı gəlsə Vətən naminə son damla qanıma qədər onlarla döyüşüb, bacınızı uca edərəm.”
Əsgərliyə cəbhə bölgəsində başlayan Sübhan Həsənov canından artıq sevdiyi Vətəninə sədaqətlə xidmət edib. Cəsurluğu, çevikliyi, vətənpərvərliyi, nümunəvi davranışı, dosta etibarı ona əsgər və zabitlərin rəğbətini qazandırıb. Doğma Azərbaycana sevgisi bir an belə azalmayıb. Onun ərazi bütövlüyü naminə düşmənə qalib gəlməkdən ötrü təlimlər zamanı verilən tapşırıqları vaxtında və yerinə yetirib, hər şeyə hazır durub. Üstəlik sərraf snayperçi kimi də yaxşı tanınıb.
Beləcə Vətəni üçün hər an canından keçməyi özünə şərəf bilən igid əsgər Sübhanın ordudan tərxis olmağına saylı günlər qaldığı vaxt 44 günlük haqq savaşımız başlanıb. O, da əlinə silah alıb qeyrətli oğullar cərgəsində ən ağır döyüşlərə qatılıb. Elə ilk gündən düşmənə qan qusdurub, cəsurluğunu müharibə meydanında təsdiq edə bilib. Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı mərdliklə döyüşərək azad olunmuş Vətən torpaqlarında hər dəfə üç rəngli bayrağımız ucalananda qələbəmizə ürəkdən inanıb. Və bu inamla da neçə-neçə ölüm-dirim savaşında ermənı dığaların canlı qüvvəsinə, texnikasına ciddi tələfat verməklə zəfərlə çıxıb. Sübhan son döyüş gün də Vətənin azadlığı uğrunda gözünü qırpmadan özünü odun-alovun içinə atıb. Son nəfəsə qədər düşmənə sarsıdıcı zərbələr vurub. Bu, hünəri onunla çiyin-çiyinə döyüşən yoldaşlarını heyran qoyub...
İndi Sübhan Həsənov cismən aramızda yoxdur. Nə qəm. Çünki o, göstərdiyi igidliklə yolunda can qoyduğu Vətən səmasının əbədi parlaq günəşinə dönərək hər bir Azərbaycanlının qəlbindədir. Həmçinin şanlı tarixə malik bir xalqın rəşadətli oğlu olmaqla, onun səpdiyi qəhrəmanlıq toxumları elə bizim xoş gələcəyimiz naminə neçə-neçə ürəkdə cücərir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 İyul 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri