Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Ömrün şəhidlik zirvəsi ANALİZ

Ömrün şəhidlik zirvəsi ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı, ərazilərinin bütövlüyü uğrunda mübarizədə tarix boyu çoxlu şəhidlər vermiş və bu torpağın hər qarışında şəhid qanı var. 30 ildən artıq Ermənistanın işğalçılığına, təcavüzkarlığına məruz qalmış Azərbaycan bu gün ZƏFƏR çalmış bir xalqdır və bu məğrurluq tariximizdə neçə-neçə igid oğullarımızı şəhidlik zirvəsinə yüksəldib. Bu elə bir zirvədir ki, onun yüksəkliyində dayanmaq bir ömrün zirvəsi kimi qəbul olunur. Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullarımızdan biri də "Sən sağ olasan, Vətən!" – deyərək şəhidlik zirvəsinə yüksələn Cavid Dədəkişiyevdir. Qısa bir ömür yaşasa da adını əbədiyyətə həkk etdi. Qisas almaq istəyi onu Vətənin şəhid oğluna çevirdi.

Tərcümeyi-halında yazılır ki, Cavid Gülbaba oğlu Dədəkişiyev 5 iyul 1988-ci ildə İmişli rayonunun Qaralar kəndində dünyaya gəlib. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var. 2006-cı ildə İmişli rayonunda Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi almış, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə vəzifəsinə başlamışdır. Sanki həyat onun ömür yolunda öz sözünü deyirdi. Hər atılan addımında vətəni qorumaq üçün öz təcrübə və ixtisasını artırırdı. Vətənin düşmən tapdağında olduğunu yaxşı bilirdi və bilirdi ki, bir gün erməniyə dərs verməyin zamanı çatacaq. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə igidliklə vuruşdu. Cavid Dədəkişiyev 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprel döyüşələri kimi tariximizə daxil olan bu döyüşlər bizi Zəfərə doğru aparırdı. Qan ilə torpaq suvaran oğullar öz davamçılarının olacağını və bir gün 30 illik həsrətə son qoyulacaq zamanın yaxında olacağını yaxşı bilirdilər.

HƏR NƏSİLƏ NÜMUNƏ QƏHRƏMAN OĞUL

Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Cavid Dədəkişiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Bəli, daha bir Azərbaycanın igid oğlu torpaqlarımızın azadlığı yolunda ən yüksək zirvəyə qovuşmuş oldu. Vətən, xalq, haqq və ədalət yolunda canından keçərək şəhid olan Cavid Dədəkişiyev odun-alovun içində yalnız torpağın müqəddəsliyini düşündü və ölümün gözlərinin içinə dik baxdı. Hər nəsil üçün nümunə olan bir məktəbin üzvünə çevrildi. Bu gün milli qürür yerimiz, milli iftixar yerimiz olan şəhidlərin uyuduqları məzarlar bizim üçün ən ucalıqda olan məzarlıqlardır. Onların hər biri vətən üçün doğulmuş və şəhid olmuş övladlarımızdırlar.

Bir el, bir oba şəhid oğlunu - Cavid Dədəkişiyevi ehtiramla torpağa tapşırdı. Bu əlbəttə ki, döyüş yolu ilə minlərlə Azərbaycan gəncinə örnək olan bir şəhidimizin əbədi dünyasına qovuşması idi. Şəhidlər ölmür. Onların ömrü bu torpaq var olduqca davam edir. Əbədi dünyanın ölməz oğullarını - bu gün fəxrlə yad etdiyimiz və daim qəlbimizdə yaşatdığımız şəhid övladları bu gün bizim işıqlı Azərbaycanda aparılan abadlıq-quruculuq işlərini ruhən duyur və qürurlanırlar. Görmək istədikləri Azərbaycan yeni bir dövrünü yaşayır.

Vətən belə övladları ilə fəxr duyur. Əzizlərinin onlar üçün axıtdıqları göz yaşları qürürla yoğrulmuş göz yaşlarıdır. Min əziyyətlərlə böyütdükləri övladlarını bu torpaq üçün bəsləmişdilər. Başını dik tut şəhid atası, şəhid anası. Gənc övladını torpağa tapşıran ana da sanki bu qisası ermənidən onun oğlu alacaqmış deyə təskinlik tapır. "Vətən sağ olsun". Bu ata, Ana böyüklüyüdür. Şəhidliyin ünvanı əbədiyyət olduğundan onlar daim yaşayır və tariximizin şərəfli səhifələrini yazanlardırlar.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri