Icma.az
close
up
RU
“Şəhidlik zirvəsi ulduzlardan ucadadır”

“Şəhidlik zirvəsi ulduzlardan ucadadır”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rauf ömrünü rəssamlığa həsr etməyə başlamışdı. 24 yaşında Vətən müharibəsində şəhid olmasaydı, heç şübhəsiz, istedadı sayəsində tanınmış rəngkar olacaqdı. Amma taleyində fırça tutan əlinin atəş açmağa da qadir olduğunu sübut emək də varmış və bu sınaqdan da şərəflə çıxıb Rauf. Molbertini bir kənara qoyaraq, Vətən müharibəsində silaha sarılıb və əbədiyyətə qovuşub.

Rauf İbadov 4 may 1996-cı ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. Oradakı Azim Müzəffərov adına 2 saylı orta məktəbdə təhsil alıb (Azim də Vətənin igid oğlu olub, Əfqanıstanda hərbi xidmətdə ikən ölümü ilə ölməzlik qazanıb). Sonra Rauf Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat-texnologiya fakultəsini bitirib. 2017–2018-ci illərdə hərbi xidmətdə olub. Vətən müharibəsinin başlandığı ilk gündən isə döyüşlərə atılaraq, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində şücaət göstərib. Dəfələrlə yaralı yoldaşlarını döyüş meydanından çıxarıb, onların qisasını da düşməndən artıqlaması ilə alıb.

...Hadrutdakı meşəlikdə gecə saatlarında, bütün heyətlə mühasirəyə düşür və 6 şəhid verirlər. Rauf onlardan birinin cəsədini çiyninə alaraq, 20 kilometrlik məsafədəki arxa posta çatdırır. Səhərə yaxın qayıdıb öz mövqeyinə çatır, komandirlərinə yalnız ön cəbhədə vuruşacağını və yeni post alacağını söyləyir. Tezliklə vədinə əməl edir və gizir rütbəsinə yüksəlir.

Sonra onun tərkibində vuruşduğu hərbi hissə Laçına göndərilib. Oktyabrın 23-də Laçın dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı Rauf əlbəyaxa döyüşlə bir neçə düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Onun nəşi neçə gün neytral ərazidə qalıb və qısa atəşkəs zamanı oradan çıxarılıb. Oktyabrın 30-da Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra rəssam-şəhid Rauf İbadov “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasina görə” medalları ilə təltif olunub. Sarayda onun adını daşıyan küçədə şəhid bulağı yaradılıb. Bu qəsəbədə yerləşən 2 məktəbin müxtəlif siniflərinə, eləcə də Laçın rayon 5 saylı orta məktəbin siniflərindən birinə Rauf İbadovun adı verilib. Masazırda yerləşən uşaq bağçası və bir vaxtlar çalışdığı diş klinikası da onun adını daşıyır. Bakıda, Sumqayıtda bir çox rəsm sərgilərində Raufun əsərləri nümayiş olunur.

Evlərindəki Xatirə otağında həm də gözəl əl işləri – rəsmləri toplanıb. Demək olar ki, hər gün işə gəlib-gedəndə oradan keçirəm. Ruhuna dualar oxuyuram. Bir dəfə isə onlara döndüm, şəhid-rəssamın əsərlərinə baxdım.

– Belə bir igid oğul böyütməyimlə fəxr edirəm, – deyə atası Məhərrəm kişi bildirdi. – Onun şəhidliyi isə Allahın yazısıdır. Yaradıcı uşaq idi. Ən çox da əsgər, bayraq və silah şəkilləri çəkirdi. Orta məktəblə paralel qəsəbədə yerləşən İncəsənət və Musiqi məktəbində də təhsil alırdı. Gördüyünüz kimi, ilk vətənpərvərlik duyğularını əsərlərində ifadə edib. Çəkdiyi rəsm əsərləri bir çox sərgidə nümayiş olunub və yüksək qiymətləndirilib. Hətta Rusiya Federasiyasının Leninqrad vilayətində keçirilən rəsm sərgisinə də Raufun əl işlərini göndərmişdilər və orada da diplom qazanmışdı.

Tələbə vaxtı Rauf ictimai fəal gənclərdən olub. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının könüllülər dəstəsində fəaliyyət göstərib. O zamankı layiqli çalışmalarına görə Prezident İlham Əliyevin imzaladığı fəxri fərmanla təltif olunub. Rauf ətrafındakılara qarşı çox həssas, qayğıkeş və mehriban idi.

Onun rəsmlərində Qarabağın azadlığına çağırış ruhu güclüdür. Sosial şəbəkələrdə yazdığı aforizmlərində də bu, özünü göstərirdi. 2014-cü ildə Mübariz İbrahimovla Fərid Əhmədovun məzarları önündə şəkil çəkdirmişdi. Fotoları birləşdirib aşağısında belə bir paylaşım etmişdi: “Onlar bizim üçün, Vətən üçün canlarını qurban verdilər. Bizə isə onları ziyarət etmək düşür”. Bir dəfə oğlumdan soruşdum ki, qara rəngdən nə çox istifadə edirsən? Cavabı belə oldu: dünya 2 rəngdir – qara və ağ...

Məhərrəm kişinin dediyinə görə, Polad Həşimovun şəhidliyi gecəsi Raufun səsinə ayılıb.

– Gördüm, anasını yuxudan oyadıb deyir: “Polad Həşimovun anası ağlayır, sən niyə yatırsan?” Sonra da gənclərin yürüşünə qoşuldu və səhərə qədər evə gəlmədi. Sübh tezdən isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə gedərək, Tovuz hadisələrnə qoşulmaq niyyətini bildirdi. Adını orada könüllü yazdırsa da, 2 ay müddətində bizə bildirmədi. Nəhayət, sentyabrın 27-də zəng vurdular ki, gəlsin. Sevinə-sevinə getdi. Onu yola salanda dedim: “Bala, qorxaq olma, yaltaq olma, satqın olma! Bu, Vətəndir”. “Baş üstə! – dedi. – Şükür ki, bu gün mənə qismət oldu, gedirəm şəhidlərimizin intiqamını almağa, torpaqlarımızı azad etməyə”. Oğlumun bu sözləri heç yadımdan çıxmır.

Bir neçə gündən sonra eşitdim ki, kəşfiyyat manqa komandiri təyin olunub. Şəhadətindən sonra heyət üzvləri il bizə gələn hərbi hissənin komandiri təsdiqlədi ki, son əməliyyatlar üzrə tapşırıqları Rauf böyük şərəflə yerinə yetirib. Beləcə, başımızı daha da uca elədi balam. Onun bu qədər sevəninin olduğunu balam şəhid olandan sonra gördük, duyduq. Evimizə gələnlərin ardı-arası kəsilmirdi. Belə igidlər böyütmək biz valideynlərin vətəndaşlıq borcudur.

Bir əsgər yoldaşı isə xatırlamasında deyir ki, postda növbədə idik. Göydəki ulduzları göstərib: “Gör, ulduzlar necə də yüksəkdədir”, – dedim. Rauf gözlənilmədən, ani cavab verdi: “Şəhidlik zirvəsi ondan da yüksəkdir”. İndi onun məqamı, həqiqətən, də, ulduzlardan ucadadır.

İnişil Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhid-rəssam Rauf İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisi təşkil olunmuşdu. Açılış mərasimində Xalq artisti Gülyanaq Məmmədovanın ifasında onun əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq dastanı” adlı mahnının klipini izlədikcə gözlərimiz önündə anbaan qəhrəmanın işıqlı obrazı canlandı. Bu, bir elegiya deyildi, musiqi dili ilə qürur ifadəsi idi. Ekspozisiyada isə 44 günlük Vətən müharibəsi şəhidinin müxtəlif janrlarda yaratdığı 44 əsəri nümayiş olunurdu. Gördük ki, hamısı həyat eşqli, işıqlı rəsmlərdir. Torpaq üçün döyünən, Vətənə qurban verilən bir ürəyin çırpıntılarını yaşadan əsərlərdir. Həmin gün peşəkar rəssam Tofiq Əhmədovun nakam həmkarına həsr etdiyi portret şəhidin valideynlərinə təqdim olundu.

...Raufun məzar daşında ona yazılan bir şeir parçası var. Son misraları belədir:

Rahat yat, ey oğul, qisas alındı,
Zəfər bizimlədir, zəfər çalındı.

Bu misralarla Raufu atası Məhərrəm kişi müjdələyib.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 02:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri