“Şəhidlik Zirvəsi” layihəsinə start verildi
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhidlik Zirvəsi” adlı layihəyə start verilib.
Layihə 1 iyun – 31 iyul 2026-cı il tarixlərini əhatə edir və Agentliyin dəstəklədiyi “Şəhid ailələri, veteranlar və müharibə iştirakçıları ilə iş” istiqaməti üzrə icra olunur.
Layihənin əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin yaşadılması, şəhid ailələrinin, veteranların və müharibə iştirakçılarının cəmiyyətimizdəki yüksək mənəvi dəyərinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verməkdir.
İki ay ərzində layihə çərçivəsində şəhid ailələri və qazilərlə görüşlər, maarifləndirici tədbirlər, ictimai müzakirələr, media materiallarının hazırlanması və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən müxtəlif fəaliyyətlər həyata keçiriləcək.
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi olaraq bu mühüm layihənin icrasına başlayır, xalqımızın qəhrəmanlıq salnaməsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk.
Cəmilə ÇİÇƏK
Layihə rəhbəri,
Zekainfo.az informasiya portalının baş redaktoru.
Baxış sayı:147
Bu xəbər 08 Avqust 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















