Icma.az
close
up
RU
Nəsibi şəhidlik zirvəsi olan Kamran ŞƏRH

Nəsibi şəhidlik zirvəsi olan Kamran ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

29 yaşı tamam olan şəhid Kamran Səmədov

Vətənə məhəbbət, torpağa bağlılıq lap uşaq yaşlarında Kamran Ceyhun oğlu Səmədovun qəlbində özünə yer etmişdi. Elə bu saf və ülvi dəyərlərlə müstəqil həyata qədəm qoyan Kamran yalnız nəcib, xeyirxah əməllərə can atır və nə edirsə, onu insanların xoşbəxt yaşayışına yönəldir. Məhz buna görə də 1997-ci ildə dünyaya göz açdığı Lənkəran rayonunun Liman şəhərində kiçik də, böyük də ona hörmətlə yanaşardı.

Kamranın 2015-ci ildə başlanan həqiqi hərbi xidməti onun gənc ömrünə yeni dəyərlər qatır. O, doğma Azərbaycanın müqəddəsliyini hər şeydən əziz tutur, ona layiqli, etibarlı, sədaqətli övlad olduğunu vicdanlı xidməti ilə sübut edir. Onun mərdliyini, Vətənə sonsuz məhəbbətini görən əsgər yoldaşları Kamranı özlərinə iftixar mənbəyi, örnək bilirlər.

Əsgərlikdən sonra da nəcib, ülvi arzularla yaşayan bu gənc Vətən torpağını bir parçasını işğal altında saxlayan düşməndən qisas almaq hissi ilə yaşayırdı. Odur ki, 27 sentyabrda İkinci Qarabağ müharibəsi başlanan gündən könüllü olaraq xalqın mərd oğullarına qoşulub əlinə silah alır, döyüş meydanında düşmənə qarşı vuruşur. Ağır döyüşlərdə iştirak edir, bir qarış belə Vətən torpağının düşmən tapdağına çevrilməməsindən ötrü canından keçməyə hər an hazır olur. Ulu yurd yerləri qarşı-qarış azad olunduqca bu sanki Kamrana yeni güc-qüvvə verir, odun-alovun içində düşməndən ürəyincə qisas ala bilir. Oktyabrın 31-də Qubadlı rayonu uğrunda döyüşlərdə minomyot mərmisi 23 yaşlı Kamranın Vətən məhəbbətli ürəyini susdurur. Bununla da Vətən daha bir igid və ləyaqətli övladını itirir.

Kamran döyüşlərə manqa komandiri kimi qatılmışdı. Tabeliyində olan əsgərlərə qardaş münasibəti bəsləyir, həmişə də onlara deyirdi ki, Vətən müqəddəsdir, onun uğrunda həlak olanlar ölmürlər. Milyonların ürəyinə köçən şəhid Kamran da Azərbaycan var olduqca, minlərlə şəhid Vətən övladı kimi, onun da adı dillərdə dastana dönəcək.

Qalib şəhidimiz ölümündən sonra dövlət başçısının sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.

Ruhu şad olsun.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri