Icma.az
close
up
RU
Şəhidlik zirvəsində

Şəhidlik zirvəsində

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın minlərlə qəhrəman oğlu kimi, Camal Əliyevi də şəhidlik zirvəsinə ucaldan Vətən sevgisi oldu. Cəmi 21 yaş yaşamasına baxmayaraq, gələcək nəsillərə örnək biri oldu.

Cəlilabad şəhərində anadan olan  Camal Mehman oğlu Əliyevi vətənin düşmən tapdağı altında olması rahat buraxmırdı. Camal qəlbində doğma torpağa məhəbbət, yağıya nifrət hissi ilə həqiqi hərbi xidmətə yola düşəndə böyük inamla dost-tanışına deyir: "Əsir Qarabağımız yolumuzu gözləyir. Şuşaya üçrəngli qələbə bayrağımızı sancıb hamınızın başını uca edəcəyəm".

Əsgər Camal düşmənlə üzbəüz,  ön cəbhədə qulluq edir. Ana qədər əziz bildiyi doğma Vətəni gözbəbəyi kimi qoruyur, təlimlər zamanı cəsurluğu, çevikliyi əsgər yoldaşlarına nümunə göstərilir. Ədalətli, təmiz ürəkli, vicdanlı oğul düşmənlərə də öz gücünü göstərir. Bir də "Tezliklə düşməni müharibə meydanında məğlub edəcəyik, qalib adımız bütün dünyaya yayılacaq" - deyir.

Camal Vətən uğrunda şəhid olmağı özünə şərəf  bilir, doğma torpağa ürəkdən bağlanır. Hər dəfə verilən tapşırıqları yerinə yetirməyə başlayanda elinin mərd oğlunun yurduna, dövlətinə, xalqına sevgisi duyğuların ən ülvisi olur, qəlbindəki düşməndən qisas yanğısı isə birə beş artır. Vətən, torpaq naminə döyüşmək könül dünyasında ən müqəddəs duyğuya çevrilir. Yağı düşmənə qan uddurmaq üçün hazır durur və vətən sevgisinə tapınmaqla odun-alovun içinə atılır. 

Nəhayət, cənnət-məkan Qarabağımızı azad etmək, düşməndən intiqam almaq vaxtı  çatır. Ən böyük arzusu işğal olunmuş torpaqlardan düşmənləri qovmaq olan Camal Əliyev  birincilər cərgəsində müharibə meydanına girir. Mərdliklə, rəşadətlə vuruşur, dəfələrlə ölümün kandarından geri dönür.  Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yağıdan ürəyincə intiqam ala bilir. Oktyabrın 14-də Füzulidə gedən döyüşlərdə şəhid olur. Cəlilabad şəhərində dəfn olunan şəhid Camal Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilir.

Zəfər ORUCOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri