“Səhiyyə makleri...” Yeni Klinikanın rəhbərinə ağır ittihamlar
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni Klinikanın direktoru Barat Yusubov sosial şəbəkədə həmkarlarına qarşı sərt ifadələr işlədib.
"Unikal" medicina.az-a istinadən xəbər verir ki, buna səbəb “Bakupost.az”da səhiyyə sistemindəki problemləri işıqlandıran məqalədir.
Sözügedən məqalə “Baku Medical Plaza”nın baş həkimi Elxan Bəşirov, “Mediland Hospital”ın direktoru Qulam Rüstəmzadə, invaziv kardioloq Vüqar Zamanov və digər tanınmış həkimlər tərəfindən paylaşılıb.
Barat Yusubov isə öz sosial şəbəkə hesabında buna görə həmkarlarının ünvanına təhqiramiz sözlər deyib:
“Bir jurnalistin nə yazmağına heç vaxt əhəmiyyət verməmişəm. Onun işi yazmaqdır. Doğru yazarsa, mükafatını alacaq, yalan yazarsa - ya bu dünyada, ya da o dünyada cəzasını çəkəcək. Amma bir həkimin həqiqəti əks etdirməyən, yalnız ehtimallara əsaslanan şər və böhtanı tirajlaması - bu artıq şərəfsizlikdir.”
Barat Yusubovun bu açıqlamaları həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Kardioloq Vüqar Zamanov bu açıqlamasından sonra B.Yusifovu sərt ittiham edib:
Qulam Rüstəmzadə də münasibət bildirib və Barat Yusubovu “səhiyyə makleri” adlandırıb:
Həkimlər arasındakı qalmaqal sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər səhiyyədəki bu problemlərin ciddi araşdırılmalı olduğunu bildirir, digərləri isə qalmaqalın peşəkar müstəvidən kənara çıxdığını düşünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 01 Aprel 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















