Icma.az
close
up
RU
Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib

Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) səhiyyə nazirlərinin V iclası çərçivəsində Qazaxıstanın Baş naziri Oljas Bektenov TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə görüş keçirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna diqqət və dəstəyi qeyd edilib.

Səhiyyə naziri Teymur Musayev ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçuş edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas edilməsi üçün köməklik göstərən Qazaxıstan Səhiyyə Nazirliyi və digər dövlət qurumlarının əməkdaşlarına, həmçinin qardaş ölkənin vətəndaşlarına təşəkkürünü bildirib.

Ölkələrimiz arasındakı münasibətlərin ikitərəfli qaydada inkişafı ilə yanaşı, beynəlxalq platformalarda da uğurlu əməkdaşlığın davam etdiyi diqqətə çatdırılıb. Azərbaycanın səhiyyə naziri TDT çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərin Qazaxıstan tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını bildirib.

Sonra Qazaxıstan Prezidentinin köməkçisi Tamara Duysenova ilə görüş keçirilib. Görüşdə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında son illərdə müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev bir sıra ikitərəfli görüşlər keçirib. Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə keçirilən görüşdə tibb müəssisələrinin akkreditasiyası, fövqəladə vəziyyətlərdə təcili tibbi yardım, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri müzakirə olunub.

T.Musayev, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə görüşüb. Görüşdə tərəflər Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığını müsbət dəyəndiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri