Səhiyyə naziri: “Gəlin, öz xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirək” Yeni Gündəm
Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Media nümayəndələri burdadır deyə fürsətdən istifadə edib bir çağırış etmək istəyirəm. Gəlin, öz xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirək. Gözəllik anlayışı nədir, onun tarixinə baxaq, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimizi nəzərə alaq”, – nazir qeyd edib.
Teymur Musayev bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mədəniyyət Nazirliyindən dəstək görəcəyinə ümid etdiyini vurğulayıb.
“Yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur.
Maarifləndirmə uşaq yaşından başlayır. Oyuncaqlardan başlamaq lazımdır. Tələb təklif doğurur, tələbi elə formalaşdırmalıyıq ki, insan öz xarici görünüşünü problem edib zərərli əməliyyatlara üz tutmasın”.
APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















