Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, müraciətdə son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artımın müşahidə olunduğu qeyd olunur. 

Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər.

Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə “Sanofi Pasteur” (Fransa) şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib. Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitə hesab olunur.

Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri