Icma.az
close
up
RU
Səhiyyədə keyfiyyət kəmiyyətə təsir edəcək!

Səhiyyədə keyfiyyət kəmiyyətə təsir edəcək!

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tibbi xidmətin keyfiyyətinin artırılması vətəndaşların sağlamlığının qorunması istiqamətində mühüm addımdır. Elektron reseptin tətbiq olunması həkimlər və pasiyentlər üçün çox əlverişlidir. Belə ki, dərman vasitələrinin həkim tərəfindən təyin edilməsi resept vasitəsilə həyata keçirilir. Resept hüquqi sənəd sayılır, təyinatına görə ambulator və stasionar formada olur. Artıq kağız blank şəklində reseptlərin yazılması tarixə qovuşur, reseptlərin elektron qaydada elektron sistemdə yazılması, aidiyyəti qurumların, bütün tibb müəssisələrinin və aptek təşkilatlarının həmin sistemə qoşulması” məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Rəqəmsal resept” informasiya sistemi hazırlanıb. Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq,  mərkəzi elekton sisteminin yaddaşında qalacaq və həkim tərəfindən vətəndaşlara elektronlaşdırılmış və sürətli formada xidmət göstəriləcək.

Sevindirici haldır ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Əczaçılıq sahəsinin tənzimlənməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı”na əsasən əhaliyə ambutor dərman vasitələrinin pulsuz verilməsi həyata keçiriləcək. İlkin mərhələdə Dövlət qeydiyyatından keçən və qiymətləri Tarif şurası tərəfindən təsdiqlənən ambulator şəraitdə istifadə olunan həyati vacib dərman vasitələri pasiyentlər tərəfindən apteklərdən pulsuz alınması elektron resept vasitəsilə mümkün olacaqdır. Ambulator müraciətlərin sayının çox olduğunu nəzərə alsaq, vaxtında aparılan rutin müayinə və diaqnostik  dəyərləndirmə nəticəsində həkim tərəfindən  təyin edilmiş elektron resept vasitəsilə xidmətlər zərfində nəzərdə tutulan dərman vasitələri (təsiredici maddələri) müqavilə əsasında çalışan aptek təşkilatlarının elektron bazasında yerləşdiriləcək. Elektron resept sisteminin tətbiqi əhalinin keyfiyyətli, təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi ilə bağlı istehlakçı hüquqlarının qorunması və bütün sektorun şəffaflığının artırılması üçün əlavə iqtisadi effekt yaradacaq.

Düzdü ilk vaxtlarda çətinliklər və çatışmazlıqlar ola bilər, nəzərə alsaq dərman vasitələrinin çox hissəsini  xaricdən alırıq,  ancaq buda zamanla həll olunan məsələdir. Xatırlayırsınızsa ilk vaxtlarda icbari tibbi sığortanın həyata keçirilməsində nə qədər problemlər və tərədüdlər var idi. Vaxtilə bəlkədə hamımızın çoxunun inana bilmədiyimiz icbari tibbi sığorta  ötən 5 il ərzində uğurla tətbiq olunur.

 Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva səhiyyə sahəsinə  həmişə qayğı göstəriblər. Artıq indi demək olar ki, İcbari Tibbi Sığorta Dövlət Agentliyinə ayrılan vəsaitlə TƏBİB-in tabeliyində olan dövlət xəstəxanalarında pasiyentlər üçün pulsuz müxtəlif cərrahi əməliyyatların həyata keçirilməsi və stasionar dərman vasitələri ilə təmin olunması əhali tərəfindən rəğbətlə qarşılanır. Zəruri hallarda özəl klinikalarda da tibbi xidmətlər icbari tibbi sığorta tərəfindən həyata keçirilir.

Beləliklə, səhiyyə sahəsində atılan bütün addımlar stasionar xidmətin yükünün azalmasına, pasiyentin xəstəliyinin ağırlaşmasının və erkən əlilliyin qarşısının alınmasına gətirib cıxaracaqdır.

Nicat Xəlilov

Azərbaycan Tibb Universitetinin doktorantı                                         

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri