“Səhiyyədəki problemlərin həlli vətəndaşların öz hüquqlarını tələb etməsindən asılıdır”
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Son illərdə icbari tibbi sığortanın tətbiqi ilə səhiyyəyə əlçatanlıq artsa da, dövlət tibb müəssisələrində müayinələrin "səthi" aparılması və ya ətraflı olmaması ilə bağlı şikayətlər hələ də qalmaqdadır.
Bəs bu kimi problemlərin həll olunması üçün hansı addımlar atılmalıdır?
Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, səhiyyə sahəsində, eləcə də digər sferalarda şikayətlərin olması danılmazdır:
"Özəl xəstəxanalar müayinə imkanlarının genişliyinə görə daha üstün görünsə də, dövlət müəssisələrimiz də böyük potensiala malikdir. İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara pulsuz xidmət imkanı yaratsa da, müraciətlərin sayındakı kəskin artım laborator analizlər və digər prosedurlar üçün vaxt itkisinə, nəticədə isə müəyyən narazılıqlara səbəb olur. Bu məqamda vətəndaşların öz hüquqlarını bilməsi və tələb etməsi həlledici rol oynayır. Vətəndaş müraciət etdiyi müəssisədə müvafiq analizin olub-olmadığını və ya qiymətlərin şəffaflığını öyrənmək hüququna malikdir. Problemlərin həm ictimai, həm də iqtisadi müstəvidə həlli məhz insanların öz hüquqlarından aktiv şəkildə istifadə etməsindən asılıdır. Hər bir fərd məsuliyyətdən kənarda qalmamalı, öz haqqını müdafiə etməli və eyni zamanda hər kəs öz iş yerində hüquqi normalara uyğun işləməlidir".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 09 Aprel 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















