Səhnədə çıxış edən Nvidia rəhbərinə Donald Trampdan kritik zəng
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə keçirilən "All-in" forumunda səhnədə çıxış edən zaman "Nvidia" şirkətinin baş direktoru Censen Huanqa telefonla zəng edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Huanq zəngi səsgücləndirici rejimə keçirib. Bundan sonra Tramp süni intellektlə bağlı yaranan narahatlıqları uydurma adlandıraraq, "robotların hakimiyyəti ələ keçirməyəcəyini" bildirib.
Xatırladaq ki, sentyabrın 12-də ABŞ-nin "Anthropic" şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişaf sürətini azaltmağa çağıran məqalə dərc etmişdi. O vurğulayıb ki, qabaqcıl texnologiyalar üzərində işin əlaqələndirilmiş şəkildə yavaşladılması sayəsində süni intellekt şirkətləri modellərin kritik inkişaf səviyyələrinə çatmasından əvvəl "əlavə bir-iki il vaxt qazana" və ciddi səhvlərdən qaça bilərlər. Dünyanın ən zəngin adamı, "SpaceX" şirkətinin qurucusu İlon Mask, eləcə də ABŞ-nin böyük texnologiya firması "OpenAI"ın direktoru Sem Altman da bu proqnozla razılaşdıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Sentyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















