Icma.az
close
up
RU
Səhnədə idik, zəng gəldi, Tahir qəfil qaçıb getdi, sonra dedilər ki...” Hadisənin təfərrüatları FOTO+ ÖZƏL

Səhnədə idik, zəng gəldi, Tahir qəfil qaçıb getdi, sonra dedilər ki...” Hadisənin təfərrüatları FOTO+ ÖZƏL

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün dəyərli sənətkarımız, Tahir və Cabir İmanovların babası Süleyman Ələsgərov haqda film çəkilişində idik. Mən də orada rol almışdım, Nəsibə xanımın obrazını canlandırırdım. Qrimdə səhnədə idik. Birinci partiyanı çəkdik, nahardan sonra gördük ki, Tahir yoxdur. Dedilər ki, qardaşı Cabiri infarkt vurub, ora gedib. Sonra teatrdan gəlib dedilər ki, Cabir vəfat edib. İnanın, o qədər pis və məyus oldum ki. Bu ailə ilə münasibətimiz çox gözəl idi. Hər dəfə bayramlarda, xüsusi günlərdə zəngləşirdik. Yazıq heç 50 yaşına da çatmadı. Çəkilişdən bu dəqiqə çıxmışam, hələ özüm bu xəbəri qəbul edə bilmirəm”.

Hurriyyet.Az bildirir ki, bunu Medianews.az-a açıqlamasında görkəmli sənətkar Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova deyib. O daha sonra nənəsi Nəsibə xanımın son çəkildiyi “Məhəllə” filmindən danışıb:

“Bu film Nəsibə xanımın ölümünə 7 ay qalmış çəkildi. Sözün düzü mənim münasibətim daha çox Tahirlə idi. Bütün prodüser məsələlərinə o baxırdı. Amma Cabirlə də tanış idik. Tahir zəng edib dedi ki, Nəsibə xanımı çəkmək istəyirik. Ona başa saldım ki, Nəsibə xanım çox xəstədir. Hamı başa düşürdü ki, Nəsibə xanım artıq bu dünyada qonaqdır. Ona görə də Nəsibə xanımı xatirə üçün “Məhəllə” filminə çəkdilər.

Düzdür, çox çətinliklə başa gəldi. Nəsibə xanım çox xəstə idi. Oturan yerdə çəkildi. 3-5 dəqiqəlik çəkiliş üçün həm dili dolaşırdı, həm də sözləri çətinliklə deyirdi. Həmin kadrları tək-tək çəkmişik. Sağ olsunlar elə montaj etdilər ki, heç nə bilinmədi. Bu iki qardaşın bir-birinə olan münasibəti mən deyərdim ki, hər kəsə nümunə idi. Elə adamlar var idi ki, heç bilmir qardaş, bacısı haradadır? Hər zaman onlar bir-birinə dayaq idilər. Onları qardaşlıqdan da savayı incəsənət, sənət birləşdirirdi. Səhv etmirəmsə Cabirin iki azyaşlı övladı var. Heç bəlkə də məktəbə də getmirdilər. Bu mənə daha çox təsir edir. Yaxşı insan olanda adamı lap çox yandırıb tökür. Bu insan haqda bir pis söz eşitməmişdik. İmanovlar ailəsinə öz və ailəmiz adından başsağlığı veririk, Allah Cabirə rəhmət etsin” deyə sənətkarın nəvəsi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Sentyabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri