Səhnədə qəfil vəfat edən Metin Arolatın ekspertiza hesabatında şoka salan DETAL
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məşhur türkiyəli müğənni və rejissor Metin Arolatın qəfil vəfatı ilə bağlı gizlinlər aydınlaşmağa başlayıb. Aylardır davam edən gözləntilərin ardından ekspertiza hesabatı açıqlanıb.
Oxu.Az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.
Arolatın ölüm səbəbi rəsmi şəkildə infarkt kimi qeyd olunub. Ancaq hesabata görə, onun qan nümunələrində etil spirti (etanol) və narkotik maddə izlərinə rast gəlinib.
Hesabatda yer alan bu detallı məlumatlar həm sənət aləmində, həm də Arolatın çox sayda pərəstişkarı arasında böyük sarsıntı yaradıb.
Qeyd edək ki, Arolat 2024-cü il sentyabrın 20-də İstanbulun Kozyatağı səhnəsində çıxış edərkən qəfil huşunu itirib. Dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, 52 yaşlı ifaçını xilas etmək mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















