Icma.az
close
up
RU
Şərəfli ömrün 55 ili

Şərəfli ömrün 55 ili

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zamanın sınağından alnıaçıq, başıuca çıxan insanlar var – onların hər addımı, hər xidməti bir tarix səhifəsinə çevrilir. Bu gün belə insanlardan biri, dövlətə və xalqa sədaqətli xidmət nümunəsi olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin sabiq rəisi, hazırda Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə müşaviri, general-mayor İlqar Məmmədovun 55 illik yubileyidir.

Bu yubiley təkcə bir ömrün təqvimə yazılmış illəri deyil – bu, həm də vətənə sədaqətlə yoğrulmuş xidmətlərin, əqidə ilə çəkilmiş zəhmətin, hərbi fədakarlığın yubileyidir.

İlqar Məmmədovun keçdiyi şərəfli yol sıradan bir yol deyil. Bu yolun başlanğıcında Vətən sevgisi, mətanət, vəzifə borcuna sarsılmaz sədaqət dayanır. O, Azərbaycanın daxili təhlükəsizlik sisteminin formalaşmasında, zabit kadrların yetişdirilməsində, daxili qoşunların peşəkarlaşdırılmasında mühüm rol oynamış bir şəxsiyyətdir. Onun rəhbərlik etdiyi Ali Hərbi Məktəb, bu gün onlarla, yüzlərlə vətənpərvər zabitin formalaşdığı müqəddəs bir təlim ocağına çevrilib.

Zabit kimi irəlilədiyi yolda İlqar Məmmədov özünü hər zaman prinsipiallığı, dəqiqliyi, qətiyyəti ilə fərqləndirib. Onun hərbi intizamı, təşkilatçılıq qabiliyyəti, insanlara münasibətdəki səmimiyyəti onu həm zabit yoldaşları, həm də tabeliyində çalışanlar üçün nümunəyə çevirib.

Bu gün o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə müşaviridir  və yenə də Vətən qarşısında məsuliyyətini yüksək səviyyədə daşıyır. Təhlükəsizliyin keşiyində dayanan bu fədakar generalın fəaliyyəti bir daha sübut edir ki, dövlətə sədaqət, xalqa xidmət ömürlük missiyadır.

55 illik yubiley münasibətilə general-mayor İlqar Məmmədovu səmimi-qəlbdən təbrik edir, ona cansağlığı, ailə səadəti, daha böyük uğurlar və şərəfli xidmət yolunda yeni-yeni zirvələr arzulayırıq!

Qoy Vətən həmişə belə oğulları ilə fəxr etsin!

Nurəngiz Adilqızı

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri