Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

İftixar Piriyev 65 Bir ömrün sənət dünyası

İftixar Piriyev 65 Bir ömrün sənət dünyası

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanrının bəşər övladına verdiyi ömür payı nurlu, cəfakeş, istedadlı insanların həyatının zənginləşməsinə və yaranmış çalarlıqdan cəmiyyətə, sənətə xidmətin əxz olunmasına gətirib çıxarır. Bir ömrün arxasından görünən illərin hər zamanı insanın yaşam tərzinin naxışıdır. Təbii ki, ziyalı ömrü yaşayan insanlar, məhz həyat amalı ilə cəmiyyətin, yaşadığı zamanın tələbinin vəhdətindən doğan gerçəklikləri birləşdirib, daim axtarışlarla ömürlərinin mahiyyətinə bir əlvanlıq bəxş edirlər.

Ömrə zinət gətirən 65 yaş ucalıq rəmzidir, necə deyərlər bir hesabat dövrüdür, 65 baharı yaşayan bir ömrün - yaşanılan illərin təhlilidir. 65 yaşını qeyd edən İftixar Piriyev də bu zaman məsafəsində sənət dünyasına yazdığı zəngin vərəqlərin səhifələnməsinə bir ehtiyac duyulur. Bu ömür sənət, yaradıcılıq yolunda heç də axtarışsız, əzab-əziyyətsiz keçməmişdir. Daim bədii təfəkkürdən doğan yaradıcılıq irsi çoxşaxəliyi, mövzu aktuallığı ilə fərqlənən zəngin nümunələrlə diqqəti cəlb etmişdir. Bu gün onun yaradıcılıq, sənət dünyasının izinə düşüb, keçdiyi şərəfli, zəngin zamanı bir daha vərəqləmək qərarına gəldik. İftixar Fərhad oğlu Piriyev... Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru və ssenaristi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru. 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında anadan olan İftixar Piriyev 1977-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin il Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Burada o, müxtəlif səpgili və xarakterli onlarla obraz yaratmışdır. Belə ki, Akademik Teatrın səhnəsində Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir. O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış etmiş, "Ozan" folklor toplusunun aparıcısı olmuşdur.

1990-cı ildə özəl olaraq Azərbaycan Milli "Dastan" Teatrını yaratmış, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. "Yaşadığım bu ömür", "Nə qəribə yuxuymuş" adlı şerlər kitabının, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Böyük Turanın Himni" himn-poemasının, "Ucal", "Könüllərə dolan nur" şeirlərinin, "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya Kor Aşığın işığı" pyeslərinin müəllifidir. "Dan yeri söküləndə" pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının müştərək layihəsi əsasında tamaşaya hazırlanmışdır.

1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasına ezam olunmuş, Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri il bərpa rəhbəri təyin olunmuşdur.

İRƏVANA DÖNÜŞÜNƏ QADAĞA QOYULDU

2000-ci ildən isə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru olan İftixar Piriyevin bu sənət məbədi həyatında silinməəz izlər buraxıb. Qələmə aldığı "İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi" adlı elmi, tarixi, publisistik monoqrafiyasında şahidi olduğu bütün tarixi anlar öz əksini tapır. "1988-ci ildən alovlanmağa başlayan, bütün Qərbi Azərbaycanı başına alan erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə nəticəsində İrəvan Azərbaycan Dram Teatrı əmlakı əlindən alınmaqla Ermənistan SSR Mədəniyyət Nazirliyinin məqsədli şəkildə, məcburi göndərişi ilə Neftçala rayonuna qastrol səfəri adı ilə, birdəfəlik olaraq, sözün əsl mənasında sürgün edildi. Sürgün ona görə deyirəm ki, İrəvana dönüşünə qadağa qoyuldu və beləliklə başı bəlalı bu fədakar sənət ocağı 1989-cu ildən Azərbaycanın paytaxtı Bakı şəhərinə deportasiya olundu", - deyə sənətkar müsahibələrinin birində bildirib.

O çətin illərdə teatrın məskunlaşması, acı həyat yaşamış yaradıcı kollektivin soyuq otaqlarda hazırladıqları tamaşalar onun səhifələrində silinməz bir tarixdir. 2000-ci ildən başlayaraq teatr təməlli yaradıcılıq prosesinə start verdi. Özünün tarixi-nümunəvi yaradıcılıq ənənələrini bərpa etmiş oldu. Görkəmli teatr xadimləri teatra cəlb olundu və onlarla yaradıcılıq ünsiyyəti qurdu. Müxtəlif mövzulu əsərlərin ərsəyə gətirilməsinə, müxtəlif səpkili tamaşaların hazırlanmasına nail oldu və nəhayətdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün bu və ya digər uğurlar İftixar Piriyevin teatra rəhbərliyi dövründə reallaşdı. Onun sözlərinə görə, ərsəyə gətirdiyi tamaşalarla və həyata keçirdiyi yaradıcılıq səfərləri ilə öz arxivini zənginləşdirən teatr məskunlaşdığı məkanın qeyri-qənaətbəxş olmasına, tamaşalar hazırlamaq üçün şəraitsizlikdə çalışmasına rəğmən, daim dinamik fəaliyyət prinsipini qoruyub saxlamaqla və uğurlu sənət inciləri ərsəyə gətirməklə, həmin inciləri, əsasən respublika miqyaslı qastrol səfərlərində geniş təbliğ edərək sanballı sənət ocağı olduğunu isbata yetirməsi nəticəsində böyük nailiyyətlər əldə etdi Bunun nəticəsidir ki, İrəvan Teatrı 2007-ci ildə Prezidentin məlum Sərəncamı ilə 125 illiyinin təntənəli şəkildə keçirilməsi zirvəsinə yüksəldi, həmin dövrdə kollektivin bir qrup sənətkarları Dövlət tərəfindən fəxri adlarla təltif olundular.

İftixar Piriyev "125 illik yubileyimiz həm Azərbaycanda, həm də Türkiyə Cümhuriyyətinin Manisa, İzmir, Niğdə şəhərlərində dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası əsasında "Məşədi İbadın düyünü" və müəllifi olduğum "Müstəqil vətənin memarı" tamaşa-kompozisiyası ilə qeyd edildi. Qastrol günlərində Niğdə valisi əslən Qərbi Azərbaycandan olan Gümrüz Bədər Niğdə şəhərindəki "Qızıl alma" parkının adını dəyişdirərək, "Heydər Əliyev parkı" elan etdi və parkın uca yerində Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin abidələrinin ucaldılması qərarını verdi. Ən sevindirici hadisə isə 125 illik yubiley münasibəti ilə Binəqədi rayonu ərazisində yerləşən bina ilə təmin olunmağımızdır", - deyə bildirib.

ULU ÖNDƏRİN BƏDİİ OBRAZI YARADICILIQ TALEYİNƏ YAZILIR

Teatr onun həyatının ayrılmaz hissəsinə çevrilib. Rəhbərlik etdiyi İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarında Ulu Öndər Heydər Əliyev obrazının xüsusi yeri var. Heydər Əliyevin bu teatra olan münasibəti və Heydər Əliyev obrazının teatra gəlməsi. "Qurtuluş dastanı"... Ümummilli Lider Heydər Əliyev fenomeni İrəvan Teatrının kollektivi üçün sönməz ilham qaynağı və həyat eşqi verən bir güc, qüdrət mənbəyidir. "Məhz İrəvan Teatrının kollektivindəki bu sönməz və tükənməz məhəbbət, Ümummilli Liderimizin bədii obrazını öz səhnəsində əbədi yaşatmaq eşqini qoruyub saxlamaq üçün İrəvan Teatrına daim stimul verir. Bu stimul və sevgi ilə ulu öndər Heydər Əliyevin 90 illiyi yubileyinə həsr olunmuş, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış "Qurtuluş dastanı" tamaşası 10 may 2013-cü ildə Akademik Milli Dram Teatrının səhnəsində oynanıldı. Tamaşa müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, bu tarixin ən parlaq səhifələrini yaradan Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunmuşdur. "Qurtuluş dastanı"ndan əvvəl biz Aqşin Babayevin "Xilaskar" əsərini tamaşaya hazırlamışıq. Daha sonra isə görkəmli şair-dramaturq Hidayətin "Burdan min atlı keçdi", müəllifi olduğum "İşıqlı, nurlu sabah", "Nurlu ömrün anları", "Qalx ayağa Azərbaycan!", "Qurtuluş" tamaşalarında ulu öndər Heydər Əliyevin bədii obrazı ilə istər respublika miqyasında, istərsə də respublikadan kənarda tamaşaçıların görüşünə getmişik. Hər birində də böyük rəğbət və sürəkli alqışlarla qarşılanmışıq" – deyə müsahibələrinin birində bildirib.

İrəvan Teatrında 2009-cu ildə ilk dəfə "Xilaskar" tamaşasında Ulu öndərimiz Heydər Əliyevin bədii obrazını yaradır. Ondan sonra hazırlanan bütün əsərlərdə Ulu Öndərimizin bədii obrazı yaradıcılıq taleyinə yazılır. Hidayətin "Burdan min atlı keçdi" dramında isə Ulu öndərin obrazı Heydər Əliyevçilik – Azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssiməsini tapır. Tale belə gətirdi ki, bu tamaşada da Ulu öndərimizin bədii obrazının yaradıcısına çevrilib.

İrəvana dönmək eşqini hər zaman özündə yaşadan İrəvan Teatrı heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanmışdır. Bu mövqe İrəvan Teatrı üçün hər zaman prioritet məsələ kimi aktivdir, - deyir İftixar Piriyev: "Hazırda kollektivimizdəki bu ruh bizi daim motivasiya edir".

Qərbi Azərbaycan deyəndə qədim Azərbaycan torpağı İrəvan göz önünə gəlir. Dərələyəz, Zəngibasar, Vedibasar, Göyçə, Dərəçiçək, Qərbi Zəngəzur, Mehri, Ağbaba bölgələri. O yerlər bizi gözləyir. Qərbi Azərbaycana, İrəvana qayıdacağıq. İftixar Piriyev deyir ki, Qərbi Azərbaycanı özündə ehtiva edən, hazırda fəaliyyətini Bakıda davam etdirən yeganə sənət ocağı olan İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz varlığı və yaratdığı sənət nümunələri ilə "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası"nın icrası kontekstində və tarixi ədalətin bərpa olunması yolunda aparılan geniş təbliğat işlərinin həyata keçirilməsi funksiyasının reallaşmasını təlqin edir. Prezident İlham Əliyevin qarşıya qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində qocaman sənət ocağı – İrəvan Teatrı Qərbi Azərbaycan həqiqətlərini öz varlığında və fəaliyyətində yaşadır və gələcəyə daşıyır: "Azərbaycan üçün hazırda həyati əhəmiyyətli prioritet məsələ məhz əlbəttə ki, Qərbi Azərbaycana qayıdış məsələsidir. Azərbaycanlıların müxtəlif zamanlarda Qərbi Azərbaycandan zor gücünə çıxarılması və həmin ərazilərin erməniləşdirilməsi taleyimizin acı həqiqətləridir. Əzəli torpaqlarımıza qayıdış həllini gözləyən taleyüklü, ciddi problemdir. Biz, Azərbaycanın bugünkü inkişaf zamanında və siyasi meydandakı yüksək mərhələyə ucalmış mövqeyi istiqamətində özünün gələcək taleyini – yaradıcı fəaliyyətini İrəvanda davam edəcəyinə bir həqiqət kimi baxır və heç şübhə etmirik ki, belə gedişlə İrəvana dönüş həqiqəti öz həllini tapa biləcəkdir. İrəvan Azərbaycan Teatrı, əlbəttə ki, İrəvana qayıdacaq və yəqin ki, ilk sözümüz "Yaşasın Vətən!.. Vətən yaşasın!" ifadələri olacaq. İlk oynayacağımız tamaşa isə, qismət olsa, müəllifi olduğum "Ata vəsiyyəti" əsəri olacaq".

Arzuların çin olacağı gün lap yaxındadır. İftixar Piriyevi bu yubiley günündə ürəkdən təbrik edir və əzəli torpaqlarda neçə belə yubiley tədbirlərini böyük sevgi və coşqu ilə qeyd edəcəyik!

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri