Şəhriyar Abbasov: “Artıq Azərbaycana qayıdırıq, bizə rəsmi nəsə deyilməyib” İdman və Biz
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Döyüşün başlamasına 2 saat qalmış bizə görüşün olmayacağını açıqladılar”.
Bunu İdman.bizə MMA döyüşçüsü Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov deyib.
O, Rusiyanın paytaxtı Moskvada “Hype Fighting Championship” turnirində Nəriman Abbasovun (77 kq) görüşünün baş tutmamasına münasibət bildirib. Abbasovun sözlərinə görə, döyüşün təxirə salınması ilə bağlı əsaslı səbəb barədə onlara hələlik nəsə deyilməyib: “Biz artıq Azərbaycana qayıdırıq. Oradakı arenada çoxsaylı tamaşaçı var idi. Hətta deyərdim ki, 15 minə yaxın adam olardı. Bildiyiniz qədəri ilə hazırda Rusiyada müharibə şəraitində yaşayır. Düşünürəm ki, adam sıxılığına görə təhlükəsizliyi təmin etmək üçün bu yarışı təxirə saldılar. Yəni bu, mənim fikrimdir. Hələ dolğun məlumat almamışıq”.
Onun sözlərinə görə, yaxın günlərdə döyüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı mütləq məlumat veriləcək: “Təbii ki, görüş birdəfəlik təxirə salınmayıb, baş tutacaq. Bununla bağlı da çox güman gün ərzində bizə məlumat verəcəklər”.
Qeyd edək ki, Moskvada “Live Hall”da keçirilən turniri Rusiyanın güc qüvvələri dayandırıblar.
Banuçiçək Hüseynli
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Noyabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















