Icma.az
close
up
RU
Səhvən başqa karta göndərilən pulu necə geri qaytarmaq olar?

Səhvən başqa karta göndərilən pulu necə geri qaytarmaq olar?

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kartdan-karta köçürmələr artıdığı üçün vətədaşlar bəzən vəsaitlərini köçürən zaman kart nömrəsini səhv yazırlar. Bu zaman nə edəcəklərini bilmirlər. Çünki 1 rəqəm səhv olsa belə, göndərilən şəxsi tapmaq olmur. 

Bu halda nə etmək lazımdır?

İqtisadçı Əkrəm Həsənov mövzu ilə bağlı Banco.az-a bildirib ki, vətəndaş kart nömrəsini səhv yazdığı üçün pul başqa şəxsin kartına köçürülür: 

"Lakin vətəndaş həmin şəxsin kim olduğunu bilmir. Bu halda vətəndaş öz bankına müraciət edir. Onun bankı, yaxud vətəndaş özü birbaşa vəsaitin getdiyi banka da müraciət edə bilər. Çünki bank kodu və kart nömrəsi vasitəsilə müəyyən etmək olur ki, vəsait hansı bankın müştərisinə göndərilib.

Ya göndərənin bankı rəsmi qaydada müraciət edir, ya da vətəndaş özü həmin banka müraciət edir ki, mənim kartımdan sizin bankın müştərisinin kartına səhvən pul köçürülüb, xahiş edirəm geri qaytarılsın. Həmin bank da öz növbəsində pulu alan müştəriyə müraciət edir və bildirir ki, belə bir hal baş verib, vəsait səhv köçürülüb və geri qaytarılmalıdır.

Əgər alan şəxs razılıq versə, vəsait geri qaytarılır. Lakin ola bilər ki, alan şəxs razılaşmasın və pulu qaytarmasın. Bu halda pulu səhvən göndərən şəxs məhkəməyə müraciət etməlidir".

Ə. Həsənov qeyd edib ki, burada vacib bir məqam da var: "Göndərən şəxs alanı birbaşa tanımır və onun adını bilmir. Bank sirri səbəbindən alanın bankı da həmin şəxsin adını və digər məlumatlarını vətəndaşa açıqlaya bilməz. Buna görə vətəndaş məcbur qalır ki, alanın bankını məhkəməyə versin.

Artıq məhkəmə prosesində həmin bank müştərinin kimliyini açıqlayır. Əgər alan şəxs sübut edə bilsə ki, vəsait ona səhvən göndərilməyib onda qaytarmır, əgər sübut edə bilməsə, məhkəmə qərarı ilə vəsait geri qaytarılmalıdır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 Fevral 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri