Icma.az
close
up
RU
​23 NOYABR BAZAR ERTƏSİ… Paşinyan tarixi açıqladı

​23 NOYABR BAZAR ERTƏSİ… Paşinyan tarixi açıqladı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin referendumuna nail olmaq üçün parlament müxalifətinə növbəti dəfə çağırış edib. Baş nazir xalqın layihənin əleyhinə səs verəcəyi təqdirdə bir həftə ərzində istefa verəcəyini, dəstəkləyəcəyi halda isə növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağını vəd etsə də, müxalifət düşərgəsi bu təklifi qəti şəkildə rədd edir.

“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentində dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Nikol Paşinyan Ədliyyə Nazirliyinin 23 noyabr bazar ertəsi günü yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edəcəyini açıqlayıb. O, həmin gün xalqa xüsusi müraciət ünvanlayacağını da bildirib.

Parlamentdə konstitusiya çoxluğuna sahib olmayan hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının layihəni referenduma çıxarması üçün müxalifətin 6 deputatının səsinə ehtiyacı var. Paşinyan bu səsləri əldə etmək üçün siyasi karyerasını ortaya qoyduğunu bəyan edib: "İndi müxalifətə yeni Konstitusiyanın qəbulu ilə bağlı referenduma gedilməsi üçün lazım olan altı səsi verməyi təklif edirəm. Əgər xalq yeni Konstitusiyanın əleyhinə səs verərsə, bir həftə ərzində istefa verəcəyəm. Xalq Konstitusiyanı təsdiqləyərsə, istər növbədənkənar, istərsə də növbəti seçkilərdə Baş nazir postuna namizəd olmayacağıma dair zəmanət verirəm. Görünən odur ki, müxalifət bunu qəbul etmir, lakin mən bu təklifi açıq saxlayıram."

Müxalifətin ona inanmadığına dair bəyanatlarına da toxunan Baş nazir, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2015-ci il konstitusiya islahatlarından sonra verdiyi sözü tutmamasını və bunun 2018-ci il inqilabına səbəb olmasını xatırladıb. Paşinyan müxalifəti öz arqumentləri ilə vurmağa çalışıb: "Mənə etibar etmədiklərini deyirlər, Serj Sarkisyanın dediyini, lakin etmədiyini xatırladırlar... məhz buna görə inqilab baş verdi. Əgər mən də deyib etməyəcəyəmsə, sizin üçün bundan yaxşı hədiyyə nə ola bilər? İnqilabi vəziyyəti öz əllərimlə sizə gətirirəm, siz isə 'Yox, yox, yox, yox' deyirsiniz".

Paşinyanın bu çağırışlarına baxmayaraq, müxalifət düşərgəsi mövqeyindən geri çəkilmir. Ən böyük müxalifət partiyası olan “Güclü Ermənistan”ın baş katibi Tiqran Abramyan Paşinyanın istefası qarşılığında belə yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasını dəstəkləməyəcəklərini bildirib: "Xalqdan 7 iyunda soruşuldu və xalq öz cavabını verdi. Nikol Paşinyan konstitusiya çoxluğunu əldə edə bilmədi, müxalifət isə səslərini 80 faiz artırdı".

Digər müxalifət qüvvəsi olan “Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyan ölkə vətəndaşlarına müraciət edərək, bu addımın Ermənistanı Azərbaycanın təsir dairəsinə salacağını iddia edib.

Beləliklə, 23 noyabrda dərc olunacaq Konstitusiya layihəsi ətrafında İrəvanda siyasi gərginliyin daha da artacağı gözlənilir. Hakim partiyanın müxalifətdən lazımi 6 səsi necə əldə edəcəyi isə hələlik sual altındadır.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri