Icma.az
close
up
RU
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? İqtisadçı şərh etdi

Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? İqtisadçı şərh etdi

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzən bilmədən başqasının kartına pul göndəririk. Kiçik bir səhv nəticəsində belə hallar baş verə bilər və bu, həm maliyyə, həm də hüquqi problemlərə yol aça bilər. Belə vəziyyətlərdə itkinizi minimuma endirmək və hüquqlarınızı qorumaq üçün hansı addımları atmağın lazım olduğunu bilmək vacibdir. 

Bəs səhvən başqasına  pul göndərdikdə onu necə geri qaytarmaq olur?

Bu barədə Moderator.az-a danışan iqtisadçi Rəşad Həsənov deyir ki, əgər vətəndaş ödənişi səhvən başqasına göndərirsə, bu zaman bir neçə vasitədən və alətlərdən istifadə etməklə müvafiq ödənişi geri tələb edə bilər. Burada bir neçə yanaşma diqqəti cəlb edir: 

“Vətəndaş istifadə etdiyi xidmətin növündən asılı olaraq, yəni onlayn və yaxud da oflayn xidmətlərdən istifadə edib xidməti təmin edən şirkətə müvafiq ödənişin həyata keçirilməsi ilə əlaqədar səhvliyi təqdim edir və həmin ödənişin yenidən balansa qaytarılması tələbini irəli sürür. Əgər ödəniş terminallarından həyata keçirilibsə, ödəniş terminalları xidmətləri göstərilən şirkətlərə onların üzərində qeyd olunan nömrələrə müraciət etməklə  və yaxud da  terminalın təqdim etdiyi digər xidmətlərdən istifadə etməklə müraciəti yönləndirə bilərlər. Əgər əməliyyat bankların təqdim etdiyi rəqəmsal bankçılıq xidmətləri və ya müvafiq mobil tətbiqlər vasitəsilə həyata keçirilibsə, tətbiqlərdə təklif olunan avtomatlaşdırılmış botlar vasitəsilə problemlərini çatdıraraq ödənişin geri qaytarılmasını tələb edə bilərlər. Hər hansı bir anlaşılmazlıq olduğu təqdirdə müvafiq banklara, bankların  qaynar xətlərinə müraciət edərək ödənişin geri qaytarılması tələbini əsaslandırılmış formada  təqdim edə bilərlər. Əgər bu mərhələdə problem həllini tapmırsa, artıq müraciət mülki məsələ olaraq məhkəmələrə yönləndirilir. Məhkəmələrə müraciət etməklə vətəndaşlar onlar tərəfindən texniki səbəbdən səhvlik olaraq başqasına ödənilmiş vəsaitin geri qaytarılması iddiası ilə tələb irəli sürə bilərlər və bunlar sübut olunduğu halda, əksər hallarda vəsait vətəndaşa geri qaytarılır”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri