Icma.az
close
up
RU
“Səhvən ödənilmiş 50 manat rüsum 1 ildən çoxdur geri qaytarılmır” Qusar sakininin iddiasına Maliyyə Nazirliyindən REAKSİYA / YENİLƏNİB

“Səhvən ödənilmiş 50 manat rüsum 1 ildən çoxdur geri qaytarılmır” Qusar sakininin iddiasına Maliyyə Nazirliyindən REAKSİYA / YENİLƏNİB

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qusar şəhəri, Hacı Məhəmməd küçəsində yaşayan təqaüdçü Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu Azərbaycan Respublikasının Maliyyə naziri Sahil Babayevə müraciət edərək, dövlət büdcəsinə səhvən köçürdüyü 50 manat rüsumun geri qaytarılmamasından şikayətlənib.
Ərizədə qeyd olunur ki, vətəndaş 30.05.2024-cü il tarixində Ali Məhkəməyə kassasiya şikayəti vermək məqsədilə səhvən 1464925888 nömrəli qəbzlə dövlət rüsumu ödəyib. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 22.04.2025-ci il tarixində qərardad çıxarılaraq bu məbləğin vətəndaşa geri qaytarılması qərara alınıb.
Buna baxmayaraq, üzərindən bir ildən çox vaxt keçsə də, həmin vəsait nə Maliyyə Nazirliyi tərəfindən vətəndaşa qaytarılıb, nə də Kapital Bank ASC-nin hesabına köçürülüb.
Ağamirzəyev Hacımirzə bildirir ki, dəfələrlə məsələ ilə bağlı müraciətlər etsə də, nəticə yoxdur və məsələ naməlum səbəblərlə gecikdirilir. O, Maliyyə naziri Sahil Babayevə müraciətində səhvən köçürülmüş vəsaitin geri qaytarılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsindən Hurriyyet.az-a verilən məlumata əsasən, sözügedən vəsait Ağamirzəyev Hacımirzə Ağamirzə oğlunun hesabına köçürülüb:

"Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 22 aprel tarixli 2-1(105)-406/2024 nömrəli qərardadına əsasən 50 manat məbləğində vəsait vətəndaşın bank rekvizitləri təqdim edilmədiyinə görə 2025-ci il 06 may tarixdə Ağamirzəyev Hacımirzə Ağamirzə oğlunun adına “Kapital Bank” ASC-nin Yasamal filialında olan AZ39AIIB45019029440048941103 nömrəli hesaba köçürülmüşdür".

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri