Icma.az
close
up
RU
Səidə Bəkirqızı qalmaqalı: medianın məsuliyyəti və cəmiyyətin həssas sinirləri Rauf Arifoğludan açıqlama

Səidə Bəkirqızı qalmaqalı: medianın məsuliyyəti və cəmiyyətin həssas sinirləri Rauf Arifoğludan açıqlama

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 “Mən inanmıram ki, Səidə Bəkirqızı hansısa bir kateqoriyadan olan köçkünləri ümumiləşdirərək onların hamısını pis göstərmək niyyətində olub. Lakin cəmiyyətin alqısı belə formalaşdı ki, onun çıxışları məcburi köçkünlərə qarşı yönəlib. Əlbəttə, onun dediklərinin bəzi hissələri ilə razılaşmaq olar, amma ümumiləşdirmələr düzgün deyil. Bununla yanaşı, Səidə Bəkirqızının bu qədər hədəfə alınması və üzərinə kampaniya qurulması da doğru deyil”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

O qeyd edib ki, bu mövzu çox təəssüf ki, lazım olduğundan daha geniş yayıldı və gözlənilmədən böyük bir auditoriyanı özünə cəlb etdi:

“O, tanınmış jurnalistdir, kifayət qədər auditoriya toplaya bilən, fikirlərini sərbəst ifadə edən peşəkar media nümayəndəsidir. Onun fikirləri bizim xoşumuza gəlməyə də bilər, lakin buna görə sistemli şəkildə təzyiqə məruz qalması yolverilməzdir. Fikrini ifadə etmək bir jurnalistin haqqıdır, biz isə həmin fikirlə razılaşmaya da bilərik. Bu məsələnin böyüməsinin əsas səbəblərindən biri də məhz onun şəxs olaraq hədəfə alınması oldu.

Məcburi köçkünlər isə bizim milli sınağımızdır. Unutmaq olmaz ki, Vətən müharibəsində əldə edilən Zəfərdə məhz qaçqın ailələrində böyümüş övladların qəhrəmanlığı ciddi rol oynadı. 27–30 il öncə anasının qucağında yurd-yuvasından didərgin düşmüş uşaqlar böyüyüb zabit, əsgər, könüllü, hətta polkovnik, general oldular, rəşadətlə döyüşdülər, şəhid olanlar da çox oldu. Onların bəziləri öz yurdlarından, xaraba qalmış evlərindən qalib ordu mənsubu kimi videolar paylaşdılar. Həmin videoları onların eyni yerdə çəkilmiş uşaqlıq fotoları ilə montaj edib yaydılar. Çox təsirli idi. Bax, Qarabağ qaçqını budur: torpaqlarımızın azad olunması üçün övladlarını hərbçi yetişdirən, onlara qisas hissi aşılayan, şəhid olacağı ilə barışan əsl Azərbaycan ailəsi!

Azərbaycanın ən çox məhrumiyyət görmüş təbəqəsi də məhz Qarabağ qaçqınları və Qərbi Azərbaycan qaçqınlarıdır. Onlar millət adından ən böyük zərbəni aldılar, ən çox çilə çəkdilər. Biz dövlət və millət olaraq vaxtında onları qoruya bilmədik, torpaqlarını itirdilər, çoxları həyatını da itirdi. Bu səbəbdən onların hər birinin bizlərin üzərində haqqı var. “Qaçqınlar” deyib keçmək olmaz, onların taleyindən bizə də “pay” düşür. Götürək elə Qarabağ camaatını – bir milli davanın, iki əsrlik savaşın əsas ağırlığını çiyinlərində, talelərində daşıdılar və bu səbəbdən hər bir azərbaycanlı onlarla empati qurmalı, talelərini bölüşməli, sayğılı yanaşmalıdır”.

Rauf Arifoğlu qeyd edib ki, əslində bu gün hər şey dəyişib. Böyük Zəfərin ardınca Böyük Qayıdış başlayıb:

“Qarabağlılar doğma yurdlarına qayıtmaq istəyirlər və buna can atırlar. Biz bunu hər gün şahid oluruq. Sadəcə elələri də var ki, müəyyən səbəblərdən geri dönmək istəmir. Lakin onları əsas obraz kimi götürüb bütöv bir zümrəyə, elata aid etmək, ümumiləşdirmək ədalətli deyil. Böyük Qayıdış prosesi ilə yanaşı ortaya çıxan bir sıra neqativ hallar Dövlət Babanın gücü ilə, zamanla öz həllini tapacaq. Biz indi böyük bir mərhələnin astanasındayıq və bu dövrü milli birliyin qorunması ilə keçməliyik.

Belə bir zamanda mediada bu cür mövzuları emosional qarşıdurmaya çevirmək, neqativləri qabartmaq və bütöv bir milləti pis göstərmək düzgün deyil. Cəmiyyətə elə bir alqı verilməməlidir ki, guya qaçqınlar geri dönmək istəmirlər. Çünki reallıq tamam fərqlidir: onların çoxu yurdlarına qayıtmaq arzusuyla yaşayır. Ona görə də media həssas mövzulara məsuliyyətli yanaşmalı, faktları tarazlaşdırmalı, cəmiyyətin parçalanmasına deyil, birliyinə xidmət etməlidir. Bu həm tarixi məsuliyyətimiz, həm də gələcəyə doğru yolumuzdur”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see289

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see239

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see204

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see154

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see152

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri