Icma.az
close
up
RU
Menu

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Şeirləri oxucunun könül dünyasının səyyarəsidi

Şeirləri oxucunun könül dünyasının səyyarəsidi

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Hüseyn Arifin “Şeir deyilmi?” şeirini mən də sevgilərlə oxumuşam, bu sevgilərlə də yad­da­şımda qalıb. Görünənlər hamı üçün eyni olsa da hamı onu eyni cür görmür. Şeir bu müxtəliflikdən ya­ranır. Onda şeirə həm də duyumun poetikası deyə bilərik. Şairlər görünənləri şeirləşdirir, hamı üçün eyniləşdirir. Şeir hamının ruhunun həmsöhbəti olur.
Oqtay Zəngilanlının yaradıcılığı çoxşaxəlidir. Jurnalistika, tarixi-etnoqrafik araşdırmalar, poeziya. Hər birində yaradıcılıq uğurları qazanmış Oqtay Zəngilanlı üçün söz müqəddəsliyi var. Sözü səmimiyyətlə mətləbləşdirən, mətləbini müxtəlif ədəbi müstəvilərdə təqdim etməyi bacaran Oq­tay Zəngilanlının səmimi yaradıcılığı böyük sədaqətə və vətənpərvərliyə söykənir.
Səmimi sevgi böyük vətənpərvərliyin işığıdı. “Dağlar üz döndərib məndən, “Bir tənhalıq axtarıram“, “Çəkir öz dərdini özündə dünya“, “İç dünyama səyahət” kitabları kimi“Zəngilan: tarixi, coğrafiyası, iqtisadiyyatı”, “Min­­civan: sirli-soraqlı dünyamız” kitablarıda poetik duyumla yazılıb, belə də oxunur. “Dün­­­yanın ən böyük çinar meşəsi” əsəri tarixi xatırlatmadı, bu xatırlatma böyük vətənpərvərliyin sözlə ifadəsidi; dəyərin əsəri həmişə dəyərli olub. Elmi əsəri üçün mövzu olan çinar meşəsi Oqtay Zən­gi­lanlının poeziyasında da eyni sevgilərlə (və Zəngilana sədaqətlə!) öz layiqli ifadəsini tapır:
Yaşıl yarpaqları varaqlayaraq,
Yayır hər tərəfə incə bir səsi.
Xəfifcə meh ilə sığallanacaq,
Bir nəğmə bəxş edir çinar meşəsi.
Şeir gözəlliyin vəsfi deyil, gözəlliyin sözlə rəsmidir. Oqtay Zəngilanlının bədii təfəkkürü ilə bu təqdim tarixə sözlə (şeirlə) şair salamıdır...
“Haqsızlığın qara rəngi hopur tarix yaddaşına”, ona görə də “ən böyük vətəndaşlıq yurd (Və­­tən –B.M.) sev­gi­si ilə yaşamaqdı”, “ən böyük hünər xalqın oğlu olmaqdı”. Oqtay Zəngilanlı bu gözəl fikirləri gözəl poetik dərklə təqdim edib və bunlar onun vətənpərlərlik şeirlərinin epiqrafı kimi qəbul edilə bilər.
Oqtay Zəngilanlı Zəngilana xitabən (bəlkə də bütün zəngilanlıların adından) deyir ki,
Əl uzatdım dönə-dönə
Əlim sənəçata bilmir.
“Arazı oğluna-qızına hicran çayı bilən” Oqtay Zəngilanlının şeirlərinin əksəriyyətində Vətən kəlməsi işğal olunmuş Zəngilanı ifadə edirdi – bu işğal və­­təndaş Oqtay Zəngilanlının heysiyyətini titrətdiyinə görə şair Oqtay Zəngilanlının sözünü (poe­zi­ya­sını) mübarizləşdirirdi. Torpağın işğal­­dan qurtuluşu niyyətinə sarılan həmin şeirlər, obrazlı şə­kildə desək, zamanında əsgərləşmişdi. “Baba ocağında köz itirən” Oqtay Zəngilanlının dərdi fər­di dərd olmayıb, bəşəri dərd olub, bu dərd Zən­gilansızlıq dərdi idi. “Yurd-yuvama qayıdacam”, “Zən­­gilanda gəz məni”, “Vaxtıdır”, “Qılın­cım yuyacaq günahlarımı”, ... kimi şeirlərin zəmanəti ilə de­yə bilərəm ki, Oqtay Zəngilanlı bu dərdin şairidi. Bu dərd ağlar, nalan dərd deyil, mübariz dərd olub. Bu dərdin kölgəsində qalmağı özünə də, Zəngilanı sevən Zən­gi­lanlılara da haram bilib.
Yüz sarayda dərrakəmlə dürr seçəm,
Qəribliyin karvanında bir köçəm,
Ümid umur sabahımdan hər gecəm,
Alammıram torpağımın qoxusun.
(“Alammıram torpağımın qoxusun”)
Oqtay Zəngilanlının Vətənə sevgisi də, Vətən həsrəti də özünəməxsusdu. “Verməmişəm Və­tə­nimə borcumu” deyən şair üçün bir yaşam düsturu var: Vətən, Vətəndə yaşamaq səadəti. Bu düs­tur vətənpərvərlik fəlsəfəsidi. Zaman-zaman bu fəlsəfə öz ifadəsini klassik Azərbaycan poezi­ya­sında da tapıb. Oqtay Zəngilanlı yazır ki,
Haray çəkən Zəngilanam, Ocaq Çinar ağacıyam,
Füzuliyəm, Cəbrayılam, Diri dağın ağ saçıyam,
Özgə dərdim yoxdu mənim, Qarabağın möhtacıyam,
Unutsam da hər bir dərdi, unudulmur Vətən dərdi.
(“Unudulmur Vətən dərdi”)
Əksər istedadlı şairlərimizin yaradıcılığında poeziyamızın dünənlərinə sevgi də var, rəğbət də, sədaqət də. İstər mövzu yaxınlığı, istər bu mövzulara şair (vətəndaş) münasibətinin tarazlıı­­ğı, istərsə də mövzuların poetikası arasında sələf-xələf doğmalığı XX əsrin sonlarında ədəbi pro­se­­si şərtləndirən amillərdən olub. Bu amil Oqtay Zəngilanlının yaradıcılığında da hiss olu­nur. Bəxtiyar Vahabzadə yazmışdı:
Füzuli qürbətdən Vətənə baxırdı,
Mən isə Vətəndən Vətənə baxıram.
Bu ağrılı məqamı Oqtay Zəngilanlı başqa bir çalarla təqdim edib. Oxucu bu təqdimin müha­ri­­bə ovqatını yaşayır, tarixi Zəfərdən sonra işğalın təəssüfü kimi yaşadıqlarını Azərbaycan Ordu­su­na qürur kimi yaşayır:
Həsrətlə Vətəndən Vətənə baxan
Didərgin ömürlü bir şair gördüm...
Didərgin ifadəsi qaçqın anlamındadır və misranın mahiyyəti qaçqın ömürlərə şair heysiy­yə­­ti­dir. Onun “O tay Vətən, bu tay Vətən deyilmi?” şeiri də bu ağrıların (həm də poetik ağrıların) ifa­dəsidi...
Artır Vətənimin şöhrəti-şanı,
Vətənə bağlıdır xalqımın canı,
Tanıyır dünyamız Azərbaycanı... –
(“Qələbə sevinci ver bizə, Allah”)
deyən Oqtay Zəngilanlının poeziyası inamın poeziyasıdı, bu inam dövlətçiliyə sədaqətdən yaranan inamdı, Ordunun qüdrətinə inamın poeziyasıdı. “Hər zülmət gecənin olur gündüzü” (“Qə­lə­bə se­vinci ver bizə, Allah”), və yaxud “Hər zülmət gecədən bir gündüz doğar” (“Göz yaşla­rım var”), “Həs­rətli Cıdır düzü, Deyir “Cəngi çal bu gün” (“Deyir “Cəngi çal bu gün”) kimi misralar iş­­ğal döv­­­ründə işğaldan qurtuluş uvertürasının zərrələrindən olub...
Oqtay Zəngilanlının qəzəllərinin mövzusu mövzu baxımından da xarakterikdir, əruzun tə­ləb­ləri bxımından da, poetik yükü ilə də. Vətəndən yazılan qəzəllər də düşündürücüdü, sə­­mimidi, sevgidən yazılan qəzəllər də, Azərbaycan poeziyasının qədimlərinə, keçmişinə sevgi də. “Fizuli nişanəsi var”, “Könlümü qan eyləmisən”, “Sızlayır səsim gecələr”, “Segah”, ...bu qə­bil­dəndir.
Oqtay, söz mülkünə gir, ara söz sultanlarını,
Söz mülkünün sultanı, Füzuli şahanəsi var.
Qürur sevgidi, sevgi sədaqətdi, sədaqət tarix. Qəzəl bu baxımdan tarixə, tarixi şəxsiyyətə, bəşəri poeziyanın Füzulisinə böyük ehtiramdı.
Oqtay Zəngilanlı da şeirlərini min illik Azərbaycan poeziyasının işığında yazır, həm sözə, həm dünyəvi söz sərraflarına, həm də bəşəri poeziyanın yaradıcılarına sonsuz sədaqətə görə. Bö­yük Nizami necə deyirdi? –
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?

Eşq, sevgi, məhəbbət, istək həmişə dünyəvi şeirin mövzusu olub. Tarixi sevgilərə də əsərlər həsr olunub, təxəyyülün yaratdığı sevgilərə də. Hamısında sevgi də olub, həsrət də. Hərdən sevgi də tərənnüm edilib, həsrət də. Oqtay Zəngilanlının yaradıcılığında da belə şeirlər var. Bu şeirlər də duyğuların poetikası kimi təqdim edilib, belə oxunur:
Eşqin edib məni kölə,
Yandır, yanım dönüm külə,
Al camımı gülə-gülə,
Qəmli baxma gözlərimə.
“Qəmli baxma gözlərimə”)
Şeir sanki ruhun təvəqəsidi, ricasıdı. Ona görə də bədii “mən”deyir ki, “Şirin xatirə, acı göz yaşı”olduğu üçün “Sənsizli günlərim özümün deyil”. “Gözlərimin qarasında” şeirində bədii təşbeh bədii “mən”in ritorikadan uzaq (və gerçəkliyi ifadə edən!) müraciətinin poetikasıdır:
Sənsizliyi səsləmişəm
Tənhalığın səhrasında.

Bu, sevginin qüdrətidir ki, səssizlik də harayları eşidə bilir, həm də kimsənin olmadığı yer­də, tənhalıq səhrasında! Bu, şair Oqtay Zəngilanlının poetik uğurlarındandır...
Oqtay Zəngilanlının “Zəfər marşı” Vətənə sevginin söz abidəsidir...
Böyük Nizaminin 880 illiyinə həsr etdiyi əsərini Oqtay Zəngilanlının yaradıcılığının ağ işığı adlandırmaq olar. Oqtay Zəngilanlı bu əsərində dövrün poetik formasını saxlamaqla sözlə Nizaminin şeiriyyət dünyasının xəritəsini çəkib.
Oqtay Zəngilanlı Vətəni də, vətəndaşlığı da, vətəndaşların duyğularını da şeirləşdirməyi ba­caran şairlərimizdəndir.Onun şeirlərini oxucusu könül dünyasının səyyarəsi bilir; Oqtay Zəngi­lan­lı oxucularının könlünü şeir-şeir fəth edib...
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyun 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see291

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see247

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see245

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see241

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see238

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see234

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see226

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see222

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see217

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see213

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see203

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see194

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see190

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see190

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see186

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see183

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see182

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see170

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see169

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri