Icma.az
close
up
RU
Şəkərli diabetin müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Şəkərli diabetin müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəkərli diabet endokrin sisteminin xəstəliyidir və el arasında şəkər xəstəliyi də adlanır.

Globalinfo.az bildirir ki, mədəaltı vəzinin hormonu olan insulin qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır. Bu hormonun çatışmazlığı olduqda və yaxud hüceyrələrimizin bu hormona həssaslığı azaldıqda qan şəkəri uzun müddət yüksək səviyyədə qalır və şəkərli diabet xəstəliyi yaranır.

Susuzluq və ağızda quruluq, tez-tez və gecə sidiyə getmə, normadan çox yemə, daimi aclıq hissi, gec sağalan yaralar, sürətli çəki itkisi və ya piylənmə şəkərli diabetin ən çox rast gəlinən əlamətlərindəndir. Bu əlamətlərdən biri və ya bir neçəsi hiss edildikdə həkim endokrinoloq və ya həkim terapevtin baxışı mütləqdir. İcbari tibbi sığortanın xidmətlər zərfinə ixtisaslı həkimin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və vaxtaşırı nəzarət üçün laborator və funksional diaqnostik müayinələr, eləcə də ağırlaşamalar zamanı stasionar yatış daxildir. Şəkərli diabet xəstələrinə qlikemik profil, qlikohemoqlobin, qanın ümumi və biokimyəvi analizi (zülal, xolesterin, bilirubin, triqliserid, ALT, AST, sidik cövhəri, kreatinin, K, Na, Ca), elektrokardioqramma kimi müayinələrdən keçmək tövsiyə olunur.

Həmçinin xəstəxanada yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, istifadə olunan dərman və tibbi sərf, manipulyasiyalar, qidalanma icbari tibbi sığorta hesabına qarşılanır.

Vətəndaşlar xidmətlər zərfi ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.

Qeyd edək ki, irsi meyillilik, autoimmun xəstəliklər-immun sistemi pozuntuları, infeksion xəstəliklər, düzgün qidalanmamaq, bəzi hormonal dərmanların uzunmüddətli istifadəsi, piylənmə, xroniki stres, xolesterin yüksəkliyi, hərəki fəallığın az olması, mədəaltı vəzi xəstəliyi, ateroskleroz kimi xəstəliklər şəkərli diabetin yaranma ehtimalını artırır.

Şəkərli diabetin növləri 1-ci və 2-ci tip diabetdir. Tip 1 diabet əsasən uşaqlıq və yeniyetməlik dövründə ortaya çıxır, mədəaltı vəzi tərəfindən insulin ifrazının kifayət qədər olmaması səbəbilə yaranır. Bu tip diabet xəstələrinin insulin qəbulu mütləqdir. Tip 2 diabet isə əsasən 35 yaşdan yuxarı şəxslərdə yaranır. Artıq çəkili, az hərəkət edən və əsasən irsiyyətində şəkər xəstəliyi olan şəxslərdə rast gəlinir.

Qan şəkəri uzun müddət yüksək həddə qaldıqda, əsasən ürək-damar, sinir sistemi, gözlər və böyrəklərdə patologiyalar yarana bilir. Şəkərli diabet xəstələri ağırlaşmaların qarşısını almaq məqsədilə qanda şəkərin səviyyəsini mütəmadi nəzarətdə saxlamalıdırlar. Sağlam qidalanmaq, tərkibində şəkər və yağlar olan qidalardan, spirtli və şirin içkilərdən az istifadə etmək və fiziki aktiv həyat tərzi keçirmək tövsiyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri